Şahmatçılarımız “Moskva Open 2015” festivalında mübarizə aparır
Tarix: 05.02.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Ənənəvi “Moskva Open 2015” beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, üçüncü turda yerli şahmatçı Leonid Nozdraçev üzərində qələbə qazanan təmsilçimiz Rauf Məmmədov bu turda çinli Yunquo Vanqı məğlubiyyətə uğradaraq xal ehtiyatını 3,5-ə çatdırıb. R.Məmmədov turnirin lideri Ernesto İnarkievdən yarım xal geri qalır. Bu turda qalib gələn Ülvi Sadıqovun 2,5 xalı var. Niyazi Nağdıyev 2, Ülvi Bacarani və Rəvan Əliyev isə hərəyə 1,5 xal toplayıblar. Qadınların mübarizəsində Səbinə İbrahimova yerli şahmatçı Yelena Semyonova üzərində qələbə qazanıb. Şahmatçımız 3,5 xalla 2-10-cu yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 8-ci sıradadır. Digər həmyerlimiz Aydan Höcətova isə 3 xalla 15-ci yerdə qərarlaşıb. Tələbələr arasında yarışda çıxış edən Günay Məmmədzadə isə 2,5 xalla 4-cü pillədədir. Uşaqların turnirində Aydın Süleymanlı aktivinə 3 xal yazaraq 19-cu sırada yer alıb. Məhəmməd Muradlı isə 2 xal toplayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info