“Qarabağ” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq
Tarix: 05.02.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Bu gün Topaz Premyer Liqasının XX turunun oyunlarına start veriləcək. İki gün ərzində keçiriləcək qarşılaşmalar Qəbələdə başlayacaq.
Şəhərin eyni adlı komandası “Qəbələ” AZAL-ı qəbul edəcək. III dövrəyə qələbə ilə start verən “qızrmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ilk dəfə doğma azarkeşləri önündə debüt edəcək. İlk dövrədə səfərdən 3 xalla qayıdan AZAL-ın işi bu dəfə heç də asan olmayacaq. Yaxşı transferləri ilə gözəl oyun sərgiləyən əyalət klubunun rəqibinə xal verəcəyi inandırıcı görünmür. Bu qarşılaşmanın ardınca “Neftçi” “Bakcell Arena”da “Simurq”u sınağa çəkəcək. Turun mərkəzi oyununda ilk “dördlük”də qərarlaşan komandalar arasındakı dueldə qonaqlar qalib gələrsə, paytaxt klubu ilə turnir cədvəlində yerini dəyişib, 3-cü pilləyə yüksələcək. Bakıdakı son 3 görüşdə uduzmayan Arif Əsədovun yetirmələrinin bu matçda 3 xalı aktivinə yazması isə çətin olacaq. Azərbaycan çempionu “Qarabağ” isə 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. Ağdam təmsilçisi autsayder “Bakı” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmada Qurban Qurbanovun komandasının favorit olmasına şübhə belə yoxdur. “Qarabağ” ardıcıl 4 oyundur “zolaqlılar”a məğlub olmur. “Bakı” isə son 5 səfər matçında da qalib gələ bilməyib. Bundan başqa, ağdamlılar son 5 ildə öz meydanındakı 10 qarşılaşmanı qol vurmadan tərk etməyib. Tura Lənkəranda yekun vurulacaq. Həftənin son görüşündə “Xəzər Lənkəran” “İnter”i qonaq edəcək. Heyətində gənc oyunçularla mübarizə aparan cənub təmsilçisi son 9 matçda yalnız 1 dəfə rəqibindən güclü olub. Bu komandalar arasında keçirilən son görüşdə isə “İnter” evdə rəqibini məğlub edib. III dövrüyə sürpriz heç-heçə ilə başlayan Kaxaber Sxadadzenin yetirmələri Lənkərandan qələbə ilə qayıtmaq istəyir. Qeyd edək ki, bu tur “Sumqayıt” istirahət edəcək:
6 fevral
14:00. “Qəbələ” - AZAL
16:00. “Neftçi” - “Simurq”
7 fevral
16:00. “Qarabağ” - “Bakı”
17:00. “Xəzər Lənkəran” - “İnter”




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info