Tarix İnstitutu işğal tarixlərinin səhv göstərilməsinin səbəbini açıqladı
Tarix: 05.02.2015 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


“AMEA Tarix İnstitutunun saytının müvafiq bölmələrində iş aparılır. Bu haqda da həmin səhifədə bölmə üzərində iş getdiyi yazılıb. Tarix İnstitutunu “biabırçılıqda” ittiham edən mətbuat orqanlarının diqqətinə çatdırmaq istəyirəm ki, Ağdərə rayonunun işğalı onların yazdıqları kimi, 1993-cü il 7 iyul tarixində deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci ildə çap olunmuş sayında məlumat verilib”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. Y.Mahmudov rəhbərlik etdiyi institutun saytında Ermənistanın nəzarətində olan Ağdam və Ağdərə rayonlarının işğal tarixlərində yanlışlıq olması barədə mətbuatda yazılanlara münasibət bildirərək, bunu texniki səhv adlandırıb: “Biz dəqiqləşdirilmiş məlumatı ötən ilin sentyabrın 20-də saytın texniki işçilərinə göndərmişdik. Ancaq saytın işçiləri institutla razılaşdırmadan yanlış banneri saytda yerləşdiriblər. Bildirmək istəyirəm ki, bölmə üzərində iş getdiyi üçün Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta yerləşdirməyib. Tarix İnstitutu haqda yazılanlar ünvanımıza növbəti böhtandır”.
Qeyd edək ki, institutun saytında Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyunun 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info