Avropa ABŞ-ın Ukraynaya silah satmaq planına qarsı çıxır
Tarix: 05.02.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


“Əgər, Amerika Birləşmiş Ştatları Ukraynanın silahla təminatına yenidən start versə, bu, Rusiya üçün “açıq münaqişəyə müdaxilə” üçün “bəhanə ola bilər”. Bu, eyni zamanda, “yanan odun üzərinə yağ tökməyə
bərabərdir”.

Bu sözləri Almaniyanın müdafiə naziri Ursula von der Lyayen bildirib. Almaniyanın “Suddeutsche Zeitung” nəşrindəki açıqlamasına istinad edən TASS xəbərlər agentliyi xəbər verir ki, xanım nazir Yunanıstanda keçirilən son seçkilərə də münasibət bildirib. O, Afinanın Moskva ilə isti münasibətlər qurmq cəhdini, bu ölkənin NATO-dakı mövqeyinin təhdid olunması kimi dəyərləndirib: “İqtisadi və sosial məsələlərdə mübahisəli məqamların olmasına baxmayaraq, Yunanıstan təhlükəsizlik siyasəti məsələlərində onilliklərə əsaslannan inamı təhlükə altına qoymamalıdır. Yunanıstan müəyyən mövqe nümayiş etdirməlidir. Həmrəyləik tələb edənlər, həmin həmrəyliyi özləri də nümayiş etdirməlidir”. Haşiyə çıxaraq qeyd edək ki, “Die Welt” qəzetinə müsahibə verən Ukrayna prezidenti Petr Poroşenko ölkəsinin NATO-ya üzv ölkələrin müasir silahlarına ehtiyacı olduğunu bildirib. Ukrayna Prezidentinin sözlərinə görə, Donbasda vəziyyətin gərginləşməsi və dinc əhali arasında tələfatın artması ilə əlaqədar alyans Ukraynaya daha artıq dəstək göstərməli idi. NATO-nun ölkəsinə “təcavüzə qarşı müqavimət göstərmək məqsədi ilə müasir silahların verilməsində” israr edən P.Poroşenko Ukrayna ordusunun döyüş qabiliyyətini artırmaq üçün xeyli sayda hərbi, texniki və peşəkar yardıma ehtiyacı olduğunu da vurğulayıb. Ukrayna başçısı, həmçinin Kiyevin sülh istədiyini, sülhü qorumaq üçün isə müasir silahlara malik güclü ordunun vacibliyini qeyd edib. Xatırladaq ki, bir müddət bundan əvvəl Macarıstana səfər edən Almaniya kansleri Anqela Merkel də ölkəsinin Ukraynanı silahla təmin etmək planının olmadığını dilə gətirmişdi. Qeyd edək ki, Almaniyanın bu təşəbbüsünü Finlandiya, Macarıstan və Danimarka da dəstəkləyir. Bu ölkələrdən fərqli olaraq, Polşa və Litva isə Ukraynanı silahla təmin etməyə hazır olduqlarını bildiriblər. Bu arada CNN-ə müsahibə verən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq də bəyan edib ki, ölkəsi yaxın gələcəkdə Ukraynanı "öldürücü hərbi yardım"la təmin etmək niyyətində deyil. Nazir daha sonra əlavə edib ki, Böyük Britaniya siyasətində dəyişiklik etmək haqqında heç bir təklifi nəzərdən keçirmir. Bir daha xatırldaq ki, ABŞ-ın üç aparıcı institutunun ekspertləri ilə yanaşı , Ağ Ev administrasiyasının yüksək çinli nümayəndələri hesabat açıqlayıblar. Həmin hesabatda Ukraynanı 2017-ci ilə qədər 3 milyard dollarlıq “öldürücü silahla” təmin etmək nəzərdə tutulur. Bununla yanaşı, Pentaqon rəhbərliyinə namizəd Eşton Karter də Senatda keçirilən dinləmələrdə Ukraynanı silahla təmin etməyə dəstək verib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info