Amerikalı ravvin: “Ermənilərin yəhudilərə nifrəti uzun əsrlər boyu mövcud olub”
Tarix: 05.02.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində ABŞ universitetlərində İsrailin boykot edilməsi, onunla əməkdaşlıqdan imtina edilməsi və ona qarşı qadağaların tətbiq edilməsi (BOC) ilə bağlı keçirilən və yəhudi diasporu tərəfindən antisemit aksiya kimi qəbul edilən kampaniyada bu ölkənin erməni icmasının rolu barədə amerikalı ravvin İzrail Barukun məqaləsi dərc olunub.
Müəllif “BOC-un mavi kökləri” sərlövhəli məqalədə (http://blogs.timesofisrael.com/the-deep-roots-of-bds/) yazır ki, adətən Fələstin təşkilatları tərəfindən keçirilən bu kampaniyanın arxasında ABŞ-ın erməni tələbə təşkilatlarının daha əlaqələndirilmiş səyləri dayanır. İ.Baruk yazır ki, əslində, erməniləri antisemit adlandırmaq olmaz, çünki onlar xristiandır və yəhudilər kimi erməni xalqının da çox hissəsi öz vətəninin hüdudlarından kənarda yaşayır. Lakin ermənilərin tarixinin və onların yəhudilərə münasibətinin daha dərindən gözdən keçirilməsi təsdiq edir ki, ermənilərin yəhudilərə nifrəti uzun əsrlər boyu mövcud olub.
Antisemitlərin İsrailin və onun müttəfiqlərinin ünvanına adi ittihamlarından biri budur ki, onlar yəhudi dövlətinin yaradılması üçün Holokostdan “istifadə ediblər”. Ravvin qeyd edir ki, Hitlerin “yəhudi məsələsinin qəti həllində” erməni antisemitlərinin fəal iştirakı faktı çoxlarına məlum deyil. Yəhudilərə və nasist ideologiyası üçün “yararsız” olan digərlərinə qarşı cinayətlərdə və əsir düşərgələrində kütləvi qətllərin təşkil edilməsində 20 minə qədər erməni nasisti iştirak edib. Bu erməni birləşmələrinin rəhbərləri general Dro (Drastamat Kanayan) və general Njde (Qaregin Njde) olub. Ötən əsrin 30-cu illərində ABŞ-da çıxan “Hayrenik” və digər erməni jurnalları Hitler ideologiyasını açıq şəkildə təbliğ edib, yəhudiləri “zəhərli elementlər” adlandırıb, bununla da “cərrahiyyə əməliyyatı” adı verdikləri Holokosta bəraət qazandırıblar.
Müəllif vurğulayır ki, erməni tələbə təşkilatları müxtəlif tədbirlərdə və universitetlərdə “İctimaiyyətlə əlaqələr üzrə Amerika-İsrail Komitəsi” və “Antidiffamasiya liqası” ( ABŞ-da antisemitizmin və yəhudilərin təhqir olunmasının hər hansı təzahürlərinə qarşı mübarizə aparan təşkilatlar) əleyhinə aksiyalar keçirir. Odur ki, “Antidiffamasiya liqa”sının 2014-cü ildə keçirdiyi qlobal antisemitizm meyilləri haqqında beynəlxalq sorğuya görə, Ermənistanın yaşlı əhalisinin 2,2 milyon nəfərindən 1,3 milyon nəfərində antisemit baxışların müəyyən olunması heç də təəccüblü deyil. Sonda ravvin vurğulayır: “Ermənistan ən qatı antisemit dövlət kimi Şərqi Avropada birinci yeri, bütövlükdə Avropada isə üçüncü yeri tutub”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info