Ramzan Kadırov: “İŞİD” ABŞ-ın məhsuludur”
Tarix: 06.02.2015 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Çeçenistan rəhbəri Ramzan Kadırov “İŞİD” terror qruplaşmasını İslama qarşı gizli müharibə elan etmiş ABŞ və digər qərb dövlətlərinin məhsulu olduğunu bildirib.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə Ramzan Kadırov Qroznıda keçirilmiş “Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” beynəlxalq konfransının materiallarının yer aldığı toplunun təqdimatını şərh edərkən bildirib.
Çeçenistan rəhbəri vəhabilərin şeytanın yolu ilə getdiyini bildirib: “Onlar İslamdan yalnız istədiklərini götürürlər, lakin İslam Allahın kəlamıdır və onu parçalamaq olmaz. Hesabatlar təsdiqləyir ki, “İŞİD”in əməllərinin məqsədi İslamı daxildən sarsıtmaq, bütün dünyanı İslama üz çevirməyə məcbur etməkdir. Onların qəddarlığı, törətdikləri güllələnmə, baş kəsmə, insanların tonqalda yandırılması səhnələri xəlifələrin və Peyğəmbərin nəvəsinin qatillərinin törətdikləri əməllərin birbaşa davamıdır. “İŞİD” İslama qarşı gizli müharibə elan etmiş ABŞ və digər qərb dövlətlərinin məhsuludur”, deyə Ramzan Kadırov qeyd edib.
“Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” mövzusunda beynəlxalq konfrans ötən ilin avqustunda Qroznıda keçirilib. Konfransda Misir, İndoneziya, İordaniya, Səudiyyə Ərəbistanı, Suriya, Küveyt, Rusiya və digər ölkələrin din xadimləri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Hökumət dəyişikliyinə getməlidir”
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info