Ermənistanın işğalçı olması faktı daha bir beynəlxalq sənəddə təsdiqini tapdı
Tarix: 06.02.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2014-cü ilin dekabr ayında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı 2015-ci ildən geniş ictimaiyyətin ixtiyarına verilib. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, sözügedən Hesabat Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə Universitetinin birgə mərkəzi olaraq fəaliyyət göstərən Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanmış və “Oxford” Universitetinin nəşriyyat evi tərəfindən çap edilib.
Müharibə Hesabatında 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Sözügedən hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələr ilə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsi məqsədilə nəşr edilib. Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiq edilib, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olması vurğulanıb. Hesabatın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin yeddidə bir hissəsindən çoxunun işğal edildiyi bildirilib, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılıb. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.
Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Cenevrə Akademiyası sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Cenevrə Universitetinin Hüquq Fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən birgə təsis edilib. Cenevrə Akademiyasının fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən dəstəklənir.
Xatırladaq ki, sözügedən Müharibə Hesabatının ilk nəşri 2012-ci ili əhatə etmiş və 2013-cü ilin dekabr ayında buraxılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info