Bank VTB (Azərbaycan) Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır
Tarix: 06.02.2015 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Bank VTB (Azərbaycan) Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır.
Bankdan bildiriblər ki, tərəflər arasında razılaşmaya əsasən, cari il ərzində bank bir sıra layihələrin reallaşmasında teatra dəstək olacaq. Belə ki, mart ayında bank 2 Moskva uşaq teatrının qastrollarına sponsorluq edəcək. Bu layihə çərçivəsində Novruz bayramı ilə bağlı tətil günlərində Rus Dram Teatrının səhnəsində uşaqlara iki musiqili tamaşa təqdim olunacaq.
Əməkdaşlıq çərçivəsində bank gələcəkdə həssas əhali qrupu üçün müxtəlif tamaşalara biletlər əldə etmək niyyətindədir. Beləliklə, Bank VTB (Azərbaycan) imkansız ailələrdən və uşaq evlərindən olan uşaqlara teatrı ziyarət etmək imkanı yaradacaq.
“Rus Dram Teatrı ölkənin aparıcı teatrlarından biridir. O, Azərbaycanda rus dilində tamaşaların təqdim olunmasında böyük rol oynayır. Bizim bank mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafının dəstəyinə böyük önəm verir”, - deyə Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info