Hyustonun qızı süni nəfəs aparatından ayrıldı
Tarix: 06.02.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Dünya şöhrətli mərhum müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braununu həkimlər süni nəfəs aparatından ayırıblar.
Mərhum müğənni və aktrisa Uitni Hyustonun qızı, 21 yaşlı Bobbi KristinaBraun süni tənəffüs qurğusundan kənarlaşdırılıb. Bobbi Kristina 5 gündən bəri süni tənəffüs və süni böyrək aparatlarına qoşulmuşdu.
Bu barədə ABŞ-ın Atlanta şəhər polis idarəsi açıqlama yayıb.
People isə bildirir ki, Braunun reanimasiya bölməsində olduğu hospitalın həkimlərinin dediklərinə görə, 21 yaşlı qadının sağ qalmasına, müalicəsinə artıq heç bir ümid qalmayıb: "Bununla belə, pasiyentin aparatdan ayrılması onun dərhal ölümü demək deyil. Pasiyent bəzən süni yardımlar olmadan da sağ qalır".
Bobbi Kristinanın atası, dünən 46 yaşı tamam olmuş Bobbi Braun olayla bağlı heç bir açıqlama verməyib. Həkimlər onu da vurğulayıblar ki, Bobbi Kristinanın beyninin fəaliyyətində minimal yaxşılaşma qeydə alınıb.
Uitni Hyustonun qızı dünən gözlərini qırpıb.
Fevralın 2-də Hollivud ulduzları mediada birgə müraciət yayaraq ictimaiyyəti Uitni Hyustonun qızını dəstəkləməyə çağırıblar. Onlar sosial şəbəkələrdəki akkauntları vasitəsilə təqibçilərinə və pərəstişkarlarına da xitab edərək Bobbi Kristina Braun üçün dualar etməyə səsləyiblər.
Bobbi Kristina Braun yanvarın 31-də xəstəxanaya yerləşdirilib. Onun əri Nik Qordon və dostu Bobbi Kristinanı Corciya ştatındakı Atlanta şəhərində, evin vanna otağında huşsuz vəziyyətdə tapıblar. Həkimlər gələnədək Nik və dostu Bobbiyə yardım etməyə çalışıblar.
Bobbi Kristina Braun qaradərili reper Bobbi Braun və müğənni Uitni Hyustonun qızıdır.
Anası vəfat edəndən sonra Bobbi Kristina depressiyaya düşüb. O, anasının 20 milyon dollarlıq varidatının yeganə varisidir.
Müğənni Uitni Hyuston 2012-ci ilin fevralın 11-də Beverli-Hillsdəki otelin nömrəsində keçinib. Müğənninin cəsədi vanna otağında aşkarlanmışdı.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info