“Azərbaycan və Küveyt arasında əməkdaşlıq potensialı çox böyükdür”
Tarix: 06.02.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycan və Küveyt arasında əməkdaşlığın potensialı çox böyükdür. Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev belə hesab edir.
T.Rzayev bildirib ki, Azərbaycanla Küveyt arasında qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan yaxşı əlaqələr mövcuddur: “İki ölkə daim bir-birini beynəlxalq arenada dəstəkləyir. Küveyt daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həm ikitərəfli platformada, həm də beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanı dəstəkləyirlər. Bu münaqişədə Azərbaycanı beynəlxalq hüquq əsasında dəstəkləyən BMT TŞ-nin dörd qətnaməsi, İƏT-in qətnamələri mövcuddur. Küveyt bu məsələdə bu mövqedən çıxış edir”.
Azərbaycanlı diplomat bildirib ki, iki ölkə arasında siyasi münasibətlər müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə dəstəklənir, bütün səviyyələrdə rəsmi şəxslərin qarşılıqlı səfərləri həyata keçirilir.
Azərbaycan Prezidenti 2009-cu ildə Küveytə rəsmi səfər edib.
Küveytin rəsmi şəxslərindən 2013-cü ildə Azərbaycana Baş nazirin birinci müavini, xarici işlər naziri Sabah əl-Xalid əl-Hamad əl-Sabah gəlib.
Səfirin qeyd etdiyi kimi, Azərbaycan da Küveytdə keçirilən bütün iri tədbirlərdə iştirak edir. Mayın 21-də bu ölkədə İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək ki, Azərbaycan həmin tədbirdə təmsil olunacaq.
Səfirlik Küveyt ictimaiyyətini Azərbaycan reallıqları ilə tanış etməkdə davam edir.
Diplomatik missiya yanvarda 20 Yanvar faciəsinin 25 illiyinə həsr edilmiş tədbir keçirib, aparıcı qəzetlərdə bu tarixlə bağlı materiallar dərc etdirib.
Hər il Azərbaycanda və Küveytdə qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. Bu ənənə bu il də davam etdiriləcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info