Azərbaycan vulkanları bəzi regionların vulkanları ilə müqayisə edilib
Tarix: 06.02.2015 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı 5 illik layihə 2017-ci ildə başa çatacaq.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan (GGİ) verilən məlumata görə, Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq, Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb və bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, K. Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.
Tədqiqatlar Ukrayna Elmlər Akademiyasının Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə birgə “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində aparılır.
Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Qafqaz regionun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” adlı layihə çərçivəsində Azərbaycanın 40-dan çox palçıq vulkanından götürülmüş qaz və su nümunələri izotop-geokimyəvi analiz olunub. Nəticələr Gürcüstanın Taman yarımadasındakı palçıq vulkanlarının yer səthinə çıxardığı flüidlərlərdəki geokimyəvi göstəricilərlə müqayisə edilib.
Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü - az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid müəyyən edilib. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir. Beşillik layihə bu il başa çatacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info