Son 5 gündə Goranboyda dörd mindən artıq sakin tibbi müayinə olunub
Tarix: 06.02.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Goranboy rayonunda da yüksək səviyyədə hazırlıq işləri görülüb.
Bununla bağlı rayon mərkəzi xəstəxanasının tibbi şurasında tədbirlər planı təsdiq edilib, xüsusi səyyar həkim briqadaları yaradılıb.
Rayonda əhalinin tibbi müayinəsi 3 xəstəxana və 20 həkim məntəqəsində həyata keçirilir. Rayon mərkəzi xəstəxanasının ixtisaslı həkim briqadaları tərtib olunmuş cədvəl əsasında bütün yaşayış məntəqələrində yüksək səviyyədə müayinələr aparırlar. Müayinələrin mütəşəkkil keçirilməsi üçün bütün səhiyyə ocaqları lazım olan dərman preparatları ilə təmin edilib.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov deyib ki, tibbi müayinələrə yüksək səviyyədə hazırlığın nəticəsidir ki, aksiyanın başladığı 5 gün ərzində 4 min nəfərdən artıq rayon sakininin sağlamlıqları haqqında məlumat əldə olunub. Onlardan 4 nəfəri Bakıya, bir nəfəri isə müalicə üçün Gəncəyə göndərilib. 25 nəfər isə stasionar müalicəyə cəlb edilib. Mart ayının sonunadək Goranboyun 85 min nəfər sakini dispanserizasiyadan keçirilməlidir. Bunun üçün rayonda hər bir şərait vardır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info