Makedoniya Prezidenti Bakıya gələcək
Tarix: 06.02.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Makedoniya Prezidenti Gyorge İvanovun bu ilin aprel ayında Azərbaycana səfəri gözlənilir. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunacaq III Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətini yüksək qiymətləndirən Gyorge İvanov hesab edir ki, bu tədbir çox sayda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları, siyasi liderlər, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin fikir mübadiləsi aparması və təcrübəsini paylaşması baxımından əla imkandır. Onun fikrincə, bu forum dünyanı narahat edən məsələlərin ən uyğun həll yollarının tapılması istiqamətində rəhbərlik etdikləri müddətdə böyük təcrübə qazanmış və müəyyən dəyişikliklər etməyə çalışmış siyasi liderlərin kollektiv qlobal fəaliyyətinə şərait yaradır.
Qeyd edək ki, 2015-ci ilin aprel ayının 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək. Forumda bir neçə ölkənin hazırkı prezidentinin, 100-ə yaxın sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info