Əli Abbasov: “Azərbaycanın ikinci peyki ABŞ və Fransa şirkətləri ilə reallaşdırılacaq”
Tarix: 06.02.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin buraxılışı layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşdırılacaq. Bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, ikinci peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb və hazırda bu istiqamətdə iş aparılır: "Azərbaycanın peyk proqramı uğurla həyata keçirilir. Məlum olduğu kimi, birinci peyk orbitə 2013-cü il fevralın 8-də çıxarılıb və artıq iki ildir istismardadır. Bu ilin sonuna kimi birinci peyk artıq öz xərcini çıxarmağa başlayacaq, sonrakı illərdə isə o, gəlir verməyə başlayacaq".
Ə.Abbasov deyib ki, Azərbaycanın sayca ikinci aşağıorbitli peyki Azərbaycan tərəfinə 2014-cü il dekabrın 2-də verilsə də, o, artıq gəlir gətirməyə başlayıb: "Onun resurslarından həm əcnəbi, həm də yerli sifarişçilər faydalana biləcəklər və peykin bu il gəlir gətirməyə başlayacağı gözlənilir. 2017-ci ildə orbitə buraxılması planlaşdırılan ikinci telekommunikasiya peykinə gəldikdə, biz artıq bu istiqamətdə iş aparırıq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info