Gauin:“Nasizmə meyilli ermənilər öz qonşuları ilə sülh şəraitində yaşamağa hələ hazır deyillər”
Tarix: 06.02.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


“Türkiyənin daxilində və xaricində aparılan kampaniyanın təşəbbüskarları sanki Türkiyəni hazırkı vəziyyətə görə məsuliyyət daşıyan yeganə və əsas iştirakçı kimi görür və Ermənistandan heç bir rəy almadan Türkiyə-Ermənistan sərhədinin açılmasını dəstəkləyirlər”.
Bu fikirlər Avrasiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Ortadoğu Texniki Universitetinin tarix kafedrasının əməkdaşı, fransız Maksim Gauinin “Hurriyet Daily News”da dərc olunan məqaləsində öz əksini tapıb.
“Türkiyə-Ermənistan sərhədinin bağlanmasına görə kim məsuliyyət daşıyır?” başlıqlı məqalədə müəllif bildirir ki, sərhədlərin bağlı qalmasının həqiqi səbəblərini anlamaq üçün son zamanlar baş verən iki hadisəyə diqqət çəkmək lazımdır: “Bu ay prezident Rəcəb Tayyib Ərdoğan erməni həmkarını Çanaqqala döyüşünün yüzilliyinə həsr olunan yubiley tədbirində iştiraka dəvət etdi. Cənab Sarkisyan buna mənfi cavab verdi. O, imtina etmək hüququna malik olsa da, cavab məktubu sadə, lakin aqressiv idi: məktubda yalnız ermənilərin əziyyət çəkdiyi vurğulanırdı. Ancaq heç kim rus ordusunun erməni könüllüləri tərəfindən türklərin böyük əksəriyyətinə qarşı törədilən cinayəti inkar edə bilməz. 1915-1916-cı illərdə həmin cinayətlərdən aylar öncə başlamış məcburi köçürmələr Rusiya zabitlərinin şikayətləri və hətta Rusiya hərbi məhkəməsinin qərarları ilə sübut olunub. Cənab Sarkisyan həmçinin illər öncə Türkiyənin Ermənistan məsələsindəki ənənəvi mövqeyini açıq şəkildə tənqid edən, çox mübahisəli Sarkis Torosyanın aldadıcı memuarları kimi arqumentlərdən istifadə etdi. Heç kim onu hörmətdən salan əsassız xəbərlərdən istifadə olunaraq ciddiyə alınacağını gözləyə bilməz”.
Maksim Gauin araşdırmaçı yazar Həsən Camalın İrəvana səfərinə də diqqət çəkib: “Qondarma erməni soyqrımını qəbul etməsinə baxmayaraq, Camala tamaşaçılar tərəfindən hücum təşkil olunmuşdu. Çünki o, çıxışında Orli və Əsənboğa hava limanlarına bomba qoymuş “ASALA” terrorçularını pisləmiş və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini səsləndirmişdi. Tamaşaçılar təəccüblənmişdi. Həqiqətən erməni tərcüməçisinin kitabının bu hissələri Hrant Dink Fondunun tələbi ilə yayımlanmışdı. Hətta diasporun qatı millətçiləri, Fransada “ASALA”nın sabiq spikeri Jean Marc “aga” Toranyan belə Camala qarşı hücuma cəsarət etmədi. Amma erməni millətçiləri bunu etdilər. Əslində, bunun səbəbi çox sadədir. Demokratik Qərb dövlətlərində millətçilər öz imiclərinin qayğısına qalmaq məcburiyyətindədirlər”.
Maksim Qauin 1998-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın Orli hücumunun əsas günahkarı olan Varujan Qarabedyanın əfvi üçün Jak Şiraka müraciət etdiyini xatırladıb: “Cənab Qarabedyan məhkəmə qərarı ilə 2001-ci ildə azad ediləndən sonra baş nazir və İrəvan şəhərinin meri tərəfindən milli qəhrəman kimi qarşılandı. Əgər bir terrorçu hər hansı bir müsəlman ölkəsində baş nazir tərəfindən belə qarşılansaydı, dünyada buna necə reaksiya veriləcəyinizi təsəvvürünüzə gətirin. Və yaxud digər bir məqam - Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası 1918-1920-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini icra edən və 1930-cu illərdə “irqi-dini” nəzəriyyəsini irəli sürəndən sonra II Dünya müharibəsinin əvvəlində Almaniyaya gədən və orada 1942-ci ildə Berlində qurulmuş Erməni Milli Şurasının üzvü olan Qareqin Njdenin yazılarından ilham aldığını iddia edir. 2013-cü ilin fevral ayında cənab Camala qarşı hücumun baş verdiyi İrəvan Dövlət Universitetində Njde də yada salındı. Hətta İrəvan şəhərinin bələdiyyə məclisi ötən il bu nasistə yeni bir abidə ucaltmaq qərarını açıqlamışdı. Armenianow.com erməni saytının məlumatına əsasən, orada Bələdiyyə Məclisi də daxil olmaqla, bütün müvafiq strukturlar heykəl üçün yer ayrılmasına dair mübahisələr aparır. Başqa sözlə, problemi birbaşa qoysaq, əgər bir cəmiyyətdə hərbi cinayətkar olan bir nasistə heykəlin harada qoyulması ilə bağlı açıq debat aparılırsa, onda bu cür cəmiyyət öz qonşuları ilə sülh şəraitində yaşamağa hələ hazır deyil”.

Müəllif məqalənin sonunda Ermənistanın Türkiyə qarşısında irəli sürdüyü tələblərin əsassız olduğunu yazır: “Beləliklə, sizi xəbərdar edirik ki, türklərdən heç bir ön şərt qoymadan sərhədləri açmaq, Ermənistan Konstitusiyasına daxil olan ərazi iddiaları haqqında heç bir şey deməmək, Türkiyənin əsas regional müttəfiqi olan, ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana hər hansı dəstəyi dayandırmaq, antitürk terrorçuların, nasistlərin şərəfinə İrəvanda bayram keçirilməsi ilə bağlı narahat olmamaq xahiş edilib. Bu cür həll yolunu müdafiə edənlər bunun necə sülhpərəst, demokratik və real olduğunu açıq izah edə bilsəydilər, çox maraqlı olardı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info