Avstriya jurnalı SOCAR-ın idmana dəstəyindən yazır
Tarix: 06.02.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Avstriyanın nüfuzlu “Format” həftəlik jurnalında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həsr olunmuş “Enerji nəhəngi idman mühərriki olaraq” başlıqlı məqalə dərc edilib.
SOCAR-dan bildirilib ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət verdiyi vurğulanıb.
Dövlətimizin başçısının 2005-2015-ci illərdə ölkədə futbolun inkişafına dair Sərəncam imzaladığını xatırladan müəllif yazıda Azərbaycanın bu il ilk Avropa Oyunlarına, 2016-cı ildə “Formula-1” Avropa “Qran-pri” yarışlarına və futbol üzrə “U-17” Avropa çempionatına, həmçinin 2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edəcəyini qeyd edib.
SOCAR rəhbərliyinin idman sahəsinə dəstəyini vurğulayan məqalənin müəllifi şirkətin Fransada keçiriləcək “Avro-2016” futbol çempionatının rəsmi sponsorlarından biri olduğunu da bildirib.
SOCAR-ın Avstriyadakı nümayəndəliyinin təşəbbüsü və təqdim etdiyi materiallar əsasında hazırlanmış məqalə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Avstriyanın aparıcı həftəlik nəşrlərindən olan “Format” jurnalı yerli və beynəlxalq iqtisadi xəbərlərə, eləcə də ictimai-siyasi, mədəniyyət və sosial mövzulara yer ayırır. Jurnalın oxucu kütləsi 160 min nəfərdən çoxdur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub
20.09.2019
Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info