ABŞ yəhudi icmasının tədbirində Azərbaycan himni səslənib
Tarix: 06.02.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqu tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına “Tövrat” (Sefer Torah) hədiyyə edilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, xüsusi perqament üzərində tərtib edilmiş “Tövrat” Los Ancelesdə yaşayan yəhudi icmasının yığdığı ianələr hesabına İsraildə hazırlanıb.
Hədiyyənin verilməsi ilə bağlı Sinay Sinaqoqunda geniş mərasim keçirilib. Kaliforniya yəhudilərinin 400 nəfərdən çox aparıcı nümayəndəsi bu tədbirdə iştirak edib. Mərasimdə Azərbaycandan olan nümayəndə heyəti də yer alıb. Nümayəndə heyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və həmin icmanın ravvini Avraam Yakubov iştirak edib.
Mərasimin açılış hissəsində Sinay Sinaqoqunun kantoru Markus Fildmənin Azərbaycan dövlət himnini ifa etməsi və Azərbaycanın təqdimatına dair video-çarxın nümayişi qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və İsrailin baş konsulu Deyvid Siql çıxış ediblər. N.Ağayev çıxışında Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkəmizdə müxtəlif dini etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini vurğulayıb. N.Ağayev həmçinin bir neçə gün əvvəl İsrail prezidenti Ruven Rivlinin BMT-də Holokostun beynəlxalq anımı günü ilə bağlı etdiyi çıxışı zamanı Xocalı qətliamı barədə danışmasına diqqət çəkərək, bunun yüksək tarixi, siyasi və mənəvi önəm daşıdığını bildirib.
Çıxışlardan sonra dünya yəhudiləri arasında xüsusi nüfuza malik, eləcə də “Time” jurnalı tərəfindən ABŞ-ın ən tanınmış yəhudi din xadimi kimi səciyyələndirilən, Sinay Sinaqoqunun baş ravvini Devid Volpi dini ayinlərin müşayiəti ilə Tövratı Azərbaycan dağ yəhudi icmasına təqdim edib.
Sonra Gündüz İsmayılov, Yevda Abramov və Milix Yevdayev çıxış edərək, göstərilən diqqətə görə Los Anceles yəhudi icmasına təşəkkürlərini bildiriblər. Çıxış edənlər həmçinin Azərbaycanın yəhudi icmasının tarixi vətəni olduğunu diqqətə çatdıraraq, burada ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara, o cümlədən yəhudi icmasına daim yüksək ehtiram və dəstəyin göstərildiyini vurğulayıblar.
Qeyd edək ki, bu, ABŞ yəhudi icmasından Azərbaycan yəhudilərinə verilən ilk Tövrat olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu”
24.01.2019
Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info