Türkiyədə “Erməni soyqırımı” yox, Xocalı soyqırımı var“ adlı konfrans keçiriləcək
Tarix: 06.02.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Türkiyənin Balıkesir vilayətinin Bandırma şəhərində "Erməni soyqırımı” yox, Xocalı soyqırımı var" adlı konfrans keçiriləcək. Bu barədə Türkiyə mətbuatı məlumat verir. Məlumata əsasən, 24 fevralda keçirilməsi nəzərdə tutulan konfransda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatlarının iştirakı gözlənilir. Qeyd edək ki, Türkiyənin İzmit şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq. İzmit bələdiyyə başçısı bildirib ki, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün bundan sonra da hər cür fəaliyyət göstərəcəklər.
Abidənin üzərində Xocalı faciəsi zamanı qətlə yetirilən insanların adları yazılacaq.
Bundan əlavə, Türkiyənin Tekirdağ vilayətində Xocalı soyqırımının 23 illiyi ilə əlaqədar aksiya keçiriləcək. Aksiya Tekirdağ bələdiyyəsi tərəfindən təşkil ediləcək.
Aksiya zamanı Xocalı faciəsini əks etdirən fotostendlər qurulacaq və iştirakçılara faciənin videogörüntüləri nümayiş olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info