Azərbaycan BMT-nin təşkilatçılığı ilə keçirilən Gənclər Forumunda təmsil olunub
Tarix: 06.02.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında bu qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) və gənclər üzrə elçisinin ofisinin birgə təşkilatçılığı ilə Gənclər Forumu keçirilib.
2015-ci ildən sonrakı inkişafda gənclərin rolunu müzakirə etmək üçün təşkil olunan forumda BMT ölkələrini təmsil edən gənclərin interaktiv müzakirələri nəticəsində əldə edilən nəticə və təkliflər şuranın illik nazirlər səviyyəsindəki icmalına daxil ediləcəkdir.
Azərbaycanı Forumda “Bizim Gənclik” İctimai Birliyi təmsil edib.
İctimai Birliyin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ildən sonrakı İnkişaf Gündəliyində gənclərin rolunun təmsil edilməsi məqsədi ilə hələ 2014-cü ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, BMT-nin İnkişaf Proqramı, bu qurumun Əhali Fondu və Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələr keçirib və bu məsləhətləşmələrdə əsas hədəf kimi gənclər qrupu seçilib.
Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi, “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə çıxış edərək dövlətimizin gənclər sahəsindəki siyasəti, əldə etdiyi nəticələr və ölkəmizdə gənclərlə aparılmış 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələr haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, ECOSOC-un bu forumu 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Qlobal Forumun davamı kimi qiymətləndirilir və Qlobal Gənclər Siyasəti Təşəbbüsünün təşviqi məqsədini daşıyır.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info