İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər intensivləşdirilib
Tarix: 06.02.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Fuad Əlizadə: “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində 21 müəssisədə dövlət nəzarəti həyata keçirilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 6-da Bakının Nəsimi, Səbail, Yasamal, Binəqədi, Qaradağ rayonlarının və Abşeron rayonunun işəgötürənləri üçün “Açıq qapı” günü keçirib. Tədbirdə iş yerlərində əməyin mühafizəsi sahəsində mövcud vəziyyət müzakirə olunub, bu sahədə qanunvericilikdən irəli gələn norma və standartlar işəgötürənlərin diqqətinə çatdırılıb. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə tədbir iştirakçılarına praktik bilgilər verilməklə, onların sualları da cavablandırılıb.
Tədbir çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə DƏMX-in rəisi Fuad Əlizadə bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı hələ də bir sıra işəgötürənlər tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına səhlənkar münasibət göstərildiyi, əməyin mühafizəsi sahəsində bir çox nöqsanların mövcud olduğu aydın olur. Cari il yanvarın 26-dan “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsi də əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, bu məsələyə işəgötürənlərin diqqətinin artırılmasına yönəlib. “Bununla bağlı olaraq, son on gün ərzində konkret Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı” günləri keçirilib. Bu tədbirlər, eləcə də digər formalarda aparılan maarifləndirmə işləri vasitəsilə işəgötürənlər əməyin mühafizəsi sahəsində qanunvericilik, norma və standartlar haqqında geniş məlumatlandırılıblar”.
F.Əlizadə habelə sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının, TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələrinin, çoxsaylı işəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirildiyini, respublikada əməyin mühafizəsi sahəsində vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunduğunu diqqətə çatdırıb. O, ongünlük çərçivəsində əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün ümumilikdə 21 müəssisədə dövlət nəzarəti həyata keçirildiyini qeyd edib: “Dövlət nəzarəti nəticəsində ayrı-ayrı müəssisələrə əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub. Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki 3 müəssisədə iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurması səbəbindən həmin müəssisələrdə işlər əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bununla bağlı onların rəhbər şəxslərinə icrası məcburi olan göstərişlər verilib, müvafiq protokollar tərtib olunub”.
Xidmət rəisi dövlət nəzarəti və maarifləndirmə tədbirləri ilə yanaşı, ölkədə əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması sahəsində də artıq ilk təcrübəyə başlanıldığını bildirib: “Ötən ilin noyabrından etibarən ƏƏSMN-nin respublikada ilk dəfə olaraq təşkil etdiyi əməyin mühafizəsi üzrə tədris kurslarında ötən müddətdə artıq 140 nəfər təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Onların təlim müddətində əldə etdikləri bilik və təcrübə təbii ki, onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsi işinin səmərəli təşkilinə müsbət təsirini göstərəcək”.
F.Əlizadə qarşıdakı dövrdə də işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının diqqətdə saxlanacağını vurğulayıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info