“180 min erməni Rusiya qanunlarını pozanlar siyahısındadır”
Tarix: 06.02.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“50-60 min Ermənistan vətəndaşı çıxılmaz vəziyyətdə qalıb. Onlar gəldikləri Rusiyaya yenidən qayıda bilmirlər”.
“Armtoday.info” saytının verdiyi məlumata görə, bunu Ermənistan Ərazi İdarəçiliyi və Fövqəladə Hallar Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Qaqik Yeganyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda əksəriyyəti Ermənistanda olan bu şəxslərin Rusiya miqrasiya qanununun tələblərini pozduqları üçün Rusiyaya girməsi qadağan olunub: “Rusiya rəsmilərinin məlumatına əsasən, hazırda 3 milyondan çox şəxs Rusiya qanunlarını pozanlar siyahısındadır. Onlardan 180 mini Ermənistan vətəndaşıdır. Rusiya tərəfi ilə danışıqlar əsasında razılığa gəlmişik ki, Ermənistan vətəndaşlarının Rusiyaya girməsi ilə bağlı qadağaların aradan qaldırılması üçün ərizələr Rusiya tərəfinə verilsin. Biz indiyə kimi 3600 ərizə təqdim etmişik. Onlardan 2800-2900-nə cavab almışıq. Bunların içərisindən yalnız 22-23 faizi müsbətdir. Digər ərizələrlə bağlı əsaslandırmalar isə belə oldu ki, kiminsə üstündə məhkəmə hökmü var və ya üzərindən Rusiyaya getmək barədə qadağanın götürülməsinə əsas yoxdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info