İordaniya kralı pilotun ailəsinə başsağlığı verib
Tarix: 07.02.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


İordaniya Kralı İkinci Abdulla Əl-Karak şəhərində İordaniya Kral Hərbi Hava Qüvvələrinin 26 yaşlı leytenantı, F-16 qırıcı-bombardmançı təyyarənin pilotu, özünü “İraq və Şam İslam Dövləti” (“İŞİD”) adlandıran terrorçu qruplaşma tərəfindən əsir götürülmüş və əsirlikdə faciəli şəkildə həlak olmuş Muaz əl-Kasasbenin ailəsinə başsağlığı verib.
Kralın həyat yoldaşı kraliça Raniyə əl-Abdulla da əl-Kasasbenin ailəsinə başsağlığı verib.
Həlak olmuş pilotun ailəsinə dərin hüznlə başsağlığı verən Kral onun atasını qucaqlayaraq qeyd edib ki, Muaz əl-Kasasbe İordaniyanın, İslamın və ümumbəşəri dəyərlərin müdafiəsi yolunda canlarından keçmiş digər şəhidlərin sırasına qovuşub. Kral deyib ki, M.Kasasbe şəhid və əsl qəhrəmandır, ölkənin silahlı qüvvələri onunla fəxr edir, onun xatirəsi iordaniyalıların qəlbində əbədi yaşayacaq. O qeyd edib ki, terrorçuluğa qarşı barışmaz müharibə və “İŞİD”lə ciddi mübarizə bu təşkilat tamamilə məhv edilənə qədər davam etdiriləcək.
Xatırladaq ki, İordaniya Hərbi Hava Qüvvələri “Şəhid Muaz” adlı qisas əməliyyatı keçirib və “İŞİD” silahlılarının dislokasiya yerlərinə aviasiya zərbələri endiriblər. Bu əməliyyatda onlarca hərbi təyyarə iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info