“Mübarizli Vətən” adlı tədbir keçirilib
Tarix: 07.02.2015 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş xatirə gecəsi keçirilib. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Abşeron rayon şöbəsi və Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubunun birgə təşkil etdiyi “Mübarizli Vətən” musiqili bədii gecəsində Mübariz İbrahimov başda olmaqla Azərbaycan torpaqları uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi anılıb. Çıxış edən natiqlər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğalda olan torpaqlarımızı azad edəcəklərinə inandıqlarını dilə gətiriblər.
“Xocalı Soyqırmını Tanıtma” İB-in sədri Şamil Sabiroğlu çıxış edərək Milli Qəhrəmanın şücaətindən bəhs edib: “Azərbaycanın hər bir qəhrəmanı bizim üçün doğmadır. Mənə elə gəlir ki, biz bu doğmalığı, sadəcə, dilimizdə deyil, qəlbimizdə də yaşatmalıyıq. Gənc nəslin belə insanları unutmaması, onların xatirəsini daim uca tutmaları üçün bu kimi tədbirlər mütləq keçirilməli, gənclər də bura cəlb edilməlidir. Mən Mübariz İbrahimova və onun kimi qəhrəman gənclərimizə Allahdan rəhmət diləyirəm.”
Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubunun rəhbəri Fuad Rəsul Mübariz İbrahimovun timsalında Azərbaycanın bütün şəhidlərini yad edib: “Şəhidlik elə bir zirvədir ki, onlara “şəhidlər öldülər” deyə bilmirsən. Eləcə də Mübariz kimi neçə-neçə qəhrəmanlarımız var ki, onlar ölmədilər. Xalqın qəlbində hər zaman yaşayacaqlar. Mən əminəm ki, bu gün onlar da bu tədbirdə iştirak edirlər. Ruhları şad olsun!”
Eskişehir Qazi Universitetinin müəllimi, professor Tamilla Abbasxanlı da tədbirdə Azərbaycanın milli qəhrəmanları, onun uğrunda canından keçən şəhidlərimizlə bağlı geniş söhbət açdı: “Mən uzun illərdir ki, Azərbaycandan uzaqdayam. Ancaq qəlbimdə dünya boyda Azərbaycan sevgisi daşıyıram. Mən şəhidlərimizlə bağlı bir kitab tərcümə etdim. İndiyə qədər şəhidlər haqqında çox kitablar tərcümə edib yayınlamışıq. Və hər birini hazırlayarkən çox fərqli hisslər yaşamışam. Ancaq səmimiyyətlə qeyd etmək istərdim ki, Mübariz İbrahimov haqqında yazılan kitab məni hədsiz duyğulandırdı. Çox istərdim ki, bu gün Mübarizin ailəsi də burda olardı və mən Azərbaycana belə bir övlad hədiyyə etdikləri üçün onların əllərindən öpərdim. Çünki insan sonradan vətənpərvər olmur, anadan vətənpərvər doğulur”
Tədbir vətənpərvərlik mövzusunda musiqi və şeir ifaları ilə davam edib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info