Almaniyada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
Tarix: 09.02.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımına həsr olunmuş “Stand up for Humanity” (İnsanlıq üçün ayağa qalx) adlı tədbir keçirilib. Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil olunmuş tədbir Yena şəhərinin Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici ölkələrdən olan tələbələr iştirak edib. Tədbir TASA-nın fəalı Emil Mirzəyevin çıxışı ilə başlayıb. Təşkilat üzvü bildirib ki, bu tədbir terror, separatizm və soyqırımdan illərdi əziyyət çəkən Azərbaycan xalqının yaşadığı, 26 fevral 1992-ci ildə, dünyanın gözü qarşısında Ermənistan dövləti tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunub. O, çıxışı zamanı bu soyqırımın yanlız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət hadisəsi olduğunu bildirib. Təşkilat üzvünün çıxışından sonra Xocalı soyqırımı barədə sənədli film nümayiş olunub. Sənədli filmin nümayişindən sonra təşkilatın fəalı Murad Calalov isə diqqəti digər vacib məsələyə yönəltib. O, Azərbaycan ərazilərinin işğalı və Xocalı hadisələri zamanı əsir və itgin düşmüş insanların talehindən danışıb. Təşkilatın üzvü ermənilərin əsirlərlə davranışlarını xüsusi qeyd edib. O, Ermənistan tərəfindən öz doğma yurdunu ziyarət edən zamanı əsir götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov barədə məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həsən Həsənovun əsirlikdə öldürülməsini xüsusi vurğulayıb və bütün bunların dünyanın gözü qarşısında baş verdiyini deyib. O, tədbir iştirakçılarını ermənilərin azərbaycanlıların başına gətirdikləri soyqırım və müsibətlərə insanlıq adına səssiz qalmamağa çağırıb. Sonda Azərbaycan hərbiçisinin əsirlik həyatından bəhs edən “Fəryad” filmi nümayiş olunub. Tədbir zamanı xüsusi stenddə erməni terrorunu və vəhşiliyini əks etdirən kitablar, jurnallar və şəkillər nümayiş olunub. Nümayiş olunan nəşrlərə iştirakçılar xüsusi maraq göstəriblər. Tədbirin sonunda iştirakçılara erməni terroru və Xocalı soyqırımı barədə disklər paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info