“Ermənilər Prezidentin siyasəti nəticəsində ifşa olunurlar”
Tarix: 09.02.2015 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


QHT sədri: “Artıq yalançı erməni “arqument”ləri tükənib”

“Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında çıxışı, xüsuslə Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavabı bir daha Ermənistanın iç üzünün nədən ibarət olduğunu göstərdi və bu, dünya mediasının gözü qarşısında baş verdi”. Bu fikirləri “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov Prezident İlham Əliyevin Münhendəki çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilər uzun illər dünyada, o cümlədən Avropada dezinformasiya yayaraq Ermənistan-Azərbaycan münasibətləri, eləcə də Qarabağ problemi ilə bağlı müəyyən fikir formalaşdıra bilmişdilər: “Amma indi erməni yalanları tam ifşa olunub. Bu uğurlu siyasətin başında isə Prezident İlham Əliyev dayanır. Onun apardığı uğurlu siyasət nəticəsində dünya artıq əsil həqiqətin nədən ibarət olduğunun fərqindədir və bu yalanları müdafiə etmək üçün yer qalmayıb. Yalançı erməni “arqument”ləri tükənib. Bu bir vətəndaş, Xocalı sakini, yaxınlarını itirmiş bir şəxs olaraq bizə ruh verir və tez bir zamanda bu məsələni ədalətli həll olunacağı, prosesin Azərbaycanın suveren hüquqlarının bərpası ilə nəticələnəcəyinə inam yaradır. Bu kimi tədbirlərdə erməni nümayəndələrinin nəyəsə nail olmaq cəhdi bumeranq effekti verir və son nəticə olaraq onlar çıxılmaz duruma düşürlər. Son hadisə də buna sübutdur. Prezidentimizin tutarlı cavabı Ermənistanın işğalçılıq siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu. Biz də QHT olaraq daim bu istiqamətdə çalışmalı və dövlət başçısının apardığı uğurlu siyasətə dəstək verməliyik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir
16.07.2019
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16.07.2019
Mühacirlər “Aprel zəfəri”nə qarşı...
16.07.2019
Baş Nazir Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info