Yeni qəsəbədə məskunlaşan məcburi köçkünlər yaradılan şəraitdən məmnundurlar
Tarix: 09.02.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı, Xankəndi, Şuşa, Ağdam və kəlbəcərli məcburi köçkünlərin yeni salınmış qəsəbəyə köçürülməsi artıq başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş bu yeni yaşayış massivi 600 ailə üçün nəzərdə tutulub. Altmış hektar ərazidə salınmış qəsəbədə yaşayacaq ailələrin rahatlığı üçün demək olar bütün infrastruktur yaradılıb. Mənzillərin 60-ı bir, 255-i iki, 230-u üç, 55-i isə dörd otaqlıdır. Qəsəbədə 440 şagird yerlik tam orta məktəb, 50 yerlik uşaq bağçası, tibb və yanğınsöndürmə məntəqələri inşa edilib. Burada mövcud olan 20 küçəyə asfalt örtük salınıb. Ayrıca elektrik transformatoru quraşdırılıb, 30 kilometr uzunluğunda su, 25 kilometr uzunluğunda isə qaz xətləri çəkilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə üzrə nümayəndəsi Süleyman Abbasov müsahibəsində deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması və bununla bağlı təsirli tədbirlərin görülməsi bu sahədə atılan müsbət addımlardandır. Artıq bir milyon qaçqının məskunlaşdığı çadır şəhərcikləri dövlətimizin başçısının iradəsi ilə tarixə qovuşub. Gəncə ətrafında salınmış 600 ailəlik yeni qəsəbə buna bir daha sübutdur. On illərlə antisanitariya şəraitində yaşayan insanlar artıq hər bir infrastrukturu olan mənzillərlə təmin ediliblər. İndi məcburi köçkünlərin sevinci hədsizdir. Yaradılan bu şəraitə görə onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info