I Avropa Oyunları ilə əlaqədar ali məktəb rəhbərlərinə tapşırıqlar verildi
Tarix: 09.02.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini vurğulayaraq, oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib: "Bu sırada tələbələrin xüsusi yeri var. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin koordinasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır. Azərbaycanda da mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi var. Bu təcrübədən I Avropa Oyunları zamanı yararlanmaq, eləcə də könüllülük fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir".
Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, I Avropa Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq genişdir. Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq. Bu fəaliyyətin koordinasiyası və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.
Qeyd edək ki, I Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info