“Koreya-Azərbaycan Dostluq Parkı” yaradılacaq
Tarix: 09.02.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in ilə görüşüb. O, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Azərbaycanda elm və təhsilin inteqrasiyası, eləcə də AMEA-da magistratura təhsilinin təşkili və elmi-innovativ layihələr haqqında məlumat verən akademik Akif Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. AMEA rəhbəri koreyalı səfiri Akademiyanın bu ilin noyabr ayında keçiriləcək yubiley tədbirlərinə də dəvət edib. Səfir Çoi Suk-in isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Səfir Koreya Respublikasının elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin təcrübələri haqqında məlumat verib, eləcə də Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən maliyyələşdirilən Qəbələ arxeoloji tədqiqatlarında koreyalı alimlərin iştirakından danışıb.
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar, eləcə də yaxın zamanda “Koreya-Azərbaycan Dostluq Parkı”nın yaradılması müzakirə edilib.
Görüşdə gələcəkdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan sazişin imzalanması haqqında da razılıq əldə olunub.
Sonra qonaqla AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun video-konfrans zalında görüş keçirilib. Görüşdə Azərbaycan – Cənubi Koreya ədəbi əlaqələrinin öyrənilməsi və tərcümə işlərinin təşkili məqsədi ilə mərkəzin yaradılması məsələsi də müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info