C.Sparrou: “Azərbaycanın regionun informasiya xidmətləri mərkəzinə çevrilməsi ilə bağlı hədəfini dəstəkləyirik”
Tarix: 09.02.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ABŞ-ın dünyada məşhur “Cisco Systems” şirkətinin geniş tərkibdə təmsil olunan nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın strateji hədəflərində yer almış İKT və yüksək texnologiyalar sahəsində yürüdülən dövlət siyasətindən söz açan nazir Əli Abbasov bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini, dövlət sifarişi əsasında reallaşan layihələrin icrası zamanı isə başlıca tələbin keyfiyyətlə bağlı olduğunu vurğulayıb. Beynəlxalq şirkətlər tərəfindən Azərbaycanın reytinqinin yaxından izlənildiyini diqqətə çatdıran “Cisco” korporasiyasının vitse-prezidenti Conatan Sparrou ölkəmizin regionun informasiya xidmətləri mərkəzinə çevrilməsi ilə bağlı hədəfini dəstəklədiklərini qeyd edib. Azərbaycanda güclü komanda ilə çalışdıqlarını da vurğulayan vitse-prezident xüsusən “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə maraq göstərdiklərini, layihə üzrə müvafiq təklifləri irəli sürməyə hazır olduqlarını diqqətə çatdırıb. Daha sonra şirkət tərəfindən hazırlanan milli genişzolaqlı internet infrastrukturunun yeni platforması təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info