Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş
Tarix: 09.02.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunda 2015-ci təhsil ili üçün qəbul olunmuş yeni doktorant və dissertantlarla görüş keçirilib. Görüşdə bu ildən doktorluq namizədlikləri üçün elmi işlərini davam edəcək elm adamları da iştirak ediblər. Görüş zamanı İnstitutun Elmi pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, Pedaqogika üzrə elmlər doktoru, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik Hümeyir Əhmədov təqdimatla çıxış edərək bildirib ki, Təhsil Problemləri İnstitutunda belə görüşlər mütəmadi keçiriləcək. Öncəki görüşlərdə olduğu kimi institutun bütün gənc alimlərinin iştirakı ilə toplantılar keçirilir. O, yeni qəbul olmuşlara institutun alimləri tərəfindən daim yardım və köməkliklərini ala billəcəklərini deyib. Hümeyir Əhmədov Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirildiyini və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatacağı barədə görüş iştirakçılarına məlumat verib. Təqdimatında Hümeyir Əhmədov bildirib ki, Təhsil Problemləri İnstitutunda doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Qeyd edib ki, institut doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddətinin 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 il olduğunu, elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddətinin 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 il olduğunu söyləyib. Sonra o, doktorantın təhsil aldığı müddətində edəcəyi işləri barədə danışıb: “Alim adını qazananlar öncə peşə biliklərinə dərindən yiyələnməli; müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli; elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; fərdi iş planını tam yerinə yetirməli; ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli; elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli; elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; elmi tədqiqat işini bitirməlidir.” Bütün bunlardan sonra doktorantların fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verirəcəklərini, dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malik olduqları barədə geniş məlumat verdi. Elmi məqalələrin yazılması və düzgün istinadların göstərilməsi qaydaları haqqında danışdı. Təqdimatının sonunda Hümeyir müəllim institutun bütün doktorant və dossertantlarına, doktorluğu müdafiə edənlərin hər birinə elmi fəaliyyətlərində uğurlar arzu edib. Fəaliyətləri zamanı çəkinmədən mütəmadi olaraq əlavə məlumatları şöbələrindən almalarını tövsiyyə edib. Elmi rəhbərləri ilə məhz sıx əməkdaşlıq sayəsində işlərini düzgün yazıb tərtib edəcəklərini vurğulayıb. Sonra görüş iştirakçıları Hümeyir müəllimə sənədlərin doldurulması və elmi işlərinə dair suallara aydınlıq gətirdiyi üçün maraqlı təqdimata və geniş izahata görə öz dərin təşəkkürlərini bildiriblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info