Azərbaycan iqtisadiyyatı barədə seminar təşkil ediləcək
Tarix: 09.02.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yaponiya Nazirlər Kabinetinin müşaviri, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində Emaledici sənaye bürosunun baş direktoru Atsuo Kurodonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında önəmli rol oynayır. Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə və investisiya sahəsində əməkdaşlıq edir. Son zamanlar Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir. Nazir Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını və bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin Azərbaycan tərəfinə məsləhət xidməti göstərdiyini qeyd edib. Azərbaycan tərəfi Yaponiya İxrac Bankının da ölkəmizdə fəaliyyətini dəstəkləyir. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün geniş potensial var. Azərbaycanda sənaye parklarının fəaliyyətinin tam təşkili istiqamətində işlərin aparıldığını vurğulayan Şahin Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, bu sahədə Azərbaycan və Yaponiyanın ixracın və investisiyaların təşviqi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var. “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat vermiş, Azərbaycanın regionun aparıcı ölkəsi olduğunu vurğulayıb.
Yaponiya Nazirlər Kabinetinin müşaviri, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində Emaledici sənaye bürosunun baş direktoru Atsuo Kurodo Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfər zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirən Atsuo Kurodo iş adamları arasında əlaqələr daha da genişləndiriləcəyi təqdirdə Yaponiya İnvestisiya Bankının bu əməkdaşlığa dəstək göstərə biləcəyini qeyd edib. Yaponiyalı qonaq iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından 2015-ci ildə yapon iş adamları üçün Azərbaycan iqtisadiyyatı barədə seminarın təşkili niyyətində olduqlarını da bildirib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info