“Erməni millətçiliyinin kökləri” mövzusunda seminar
Tarix: 09.02.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANiB) təşkilatçılığı ilə fevralın 7-də “İrqçi ideologiya olan erməni düşüncə sistemi: Faşist “Yeninizam” anlayışı və Njdenin “Tsexakronu” mövzusunda seminar keçirlib. Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud seminarın saxta erməni soyqırımı iddialarının 100-cü ildönümünə həsr edildiyini bildirib. Təşkilat sədri ermənilərin 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələri dünyaya “soyqırım” aktı kimi tanıtmağa çalışmasının kökündə Türkiyəyə qarşı torpaq iddialarının durduğunu deyib. E.Behbud ötən yüzildə ermənilərin və havadarlarının iddialarını sübuta yetirəcək heç bir əsaslı elmi, tarixi fakt ortaya qoya bilmədiklərini və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu saxtakarlıqların qarşısında artıq Türkiyənin yalnız deyil, güclü Azərbaycan dövləti ilə birgə dayandığını qeyd edib. DANİB sədri erməni millətçiliyinin faşist mahiyyətindən gənc nəslin xəbərdar olması və düşmənlə bütün sahələrdə olan mübarizədə uğur qazanmağımız üçün dövlətlə yanaşı vətəndaş cəmiyyətinin, o cümlədən gənclər təşkilatlarının da yerli və beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini fəal şəkildə təbliğ etməli olduğunu vurğulayıb.
Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin ikinci katibi Murad Yalçın təmsil etdiyi dövlətin heç bir halda təzyiqlərə boyun əyərək tarixinin təhrif olunmasıyla razılaşmayacağını deyib. Keçirilən seminarın mövzusunu yüksək dəyərləndirdiyini bildirən Murad Yalçın 1915-ci il hadisələrini tarixçilərin tədqiqat mövzusu hesab etdiyini və Türkiyənin rəsmi dövlət arxivlərinin bütün araşdırmaçılara açıq olduğunu qeyd edib. Diplomat DANİB-in tarixi həqiqətlərin təbliği sahəsində fəaliyyətini alqışladığının bildirib.
Seminarda Türkiyənin Ərciyəz Universtetinin ermənişünaslıq bölməsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Chaxmaqli geniş məruzəilə çıxış edib. Ermənilərin Şərqi Anadoluda məskunlaşması ilə bağlı tarixşünaslıqda bir neçə nəzəriyyənin olduğunu deyən Qafar Çaxmaqlı bu gün dünyada tarixi faktların saxtalaşdırılması işində düşmənin öz aramızdan da dəstəkçilər tapdığını təəssüflə qeyd edib. Erməni millətçiliyi ideologiyasının gerçək irqçi və faşist əməllər üzərində bərqərar olduğunu bildirən ermənişünas alim müxtəlif cərəyanlardan konkret faktları iştirakçıların diqqətinə çatdırıb. Njdenin irqçi “Tsexakron” nəzəriyyəsinin Ermənistanın hakim Respublikaçılar Partiyasının rəsmi ideologiyası olduğunu və onun əsasında türk millətinə nifrətin dayandığını qeyd edib.
Seminarda çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının İctimai Şurasının sədri Nurəddin Mehdiyev DANİB-in gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gerçək elmi faktlara söykənərək təbliğinə hər zaman xüsusi diqqət ayırdığını və bunun təqdirəlayiq olduğunu bildirib. N.Mehdiyev gənclərin tarixi olduğu şəkildə mənimsəməsinin və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin qəbul etdiyi şəkildə onlarla təbliğ etməsinin vacibliyini vurğulayıb. Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünə hazırlıq istiqamətində gördüyü işləri toplantı iştirakçılarının diqqətinə çatdıran N.Mehdiyev saxta iddialara qarşı yeni və təsirli mübarizə vasitələri ilə bağlı təkliflərini səsləndirib.
Seminar mövzu ətrafında diskusiyalarla öz işini davam etdirib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info