“ABŞ dünya arenasında özünü gözdən salmaqdadır”
Tarix: 09.02.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Fransanın sabiq baş naziri:Qərb Ukrayna
böhranının həllində çoxlu səhvlərə yol verib”

“Qərb son iki ildə Ukraynada yaranmış böhranının həllində çoxlu səhvlərə yol verib”. Bu sözlər Fransanın sabiq baş naziri Fransua Fiyona məxsusudur. “France-5” telekanalına müsahibə verən Fiyon qeyd edib ki, ABŞ son illər heç bir perspektivi olmayan siyasət yeridib:
“Onlar reallığa yanaşmada, elə bil ki, korluqdan əziyyət çəkirlər. Belə ki, bütün yaranmış problemlərin həllinə güc hesabına nail olmağa çalışırlar”. Fiyon əlavə edib ki, Vaşinqtonun dünya baxışına görə, bir tərəfdə “beynəlxalq hüququn normalarının pozulmasına “rəvac verən” Rusiya, digər tərəfdə isə NATO-nun üzvü olmaq üçün çağırış etdiyi Ukrayna var: “ABŞ əminliklə iddia edir ki, hər bir ölkə ona uyğun olan düşərgəni seçməlidir. Bu, olduqca səhv yanaşmadır. Ona görə ki, Ukrayna Avropa ilə yanaşı , Rusiya ilə də əlaqəsi olan bir ölkədir”. Sabiq nazir xatırladır ki, ABŞ özü İraqa hərbi müdaxilə etmək, Kosovaya müstəqillik təqdim etməklə beynəlxalq hüquq normalarını pozub. Amerikalılar səhv ardınca səhv etməklə dünya arenasında özlərini gözdən salmaqdadırlar. Onların məqsədi Avropanı sonu fəlakət olan müharibəyə sürükləməkdir. Əvvəllər olduğu kimi özlərini elə göstərəcəklər ki, guya baş verənlərin onlarla heç bir əlaqəsi yoxdur. Ukrayna münaqişəsi ilə bağlı total müharibə yolverilməzdir və bunun üçün real əsas yoxdur. Avropa özü də bu məsələlərdə səhvlərdən xali deyil. Birincisi, onlar Ukraynanın Avropa Birliyinə və NATO-ya qəbulunda heç bir problem olmayacağını vəd etmişdilər. Lakin sonradan bu vədlərin mütləq yalan olduğu meydana çıxdı. Qərb bu gün Rusiyanı dünyaya təhlükə kimi təqdim etməyə çalışır. Lakin bununla yanaşı Qərb unudur ki, Rusiya nüvə gücünə malik olan böyük bir dövlətdir. Ona görə də, Rusiyanı alçaltmaq qəbuledilməzdir”. Onun sözlərinə görə, Avropanın özündə də yaranmış vəziyyəti müharibə həddinə gətirib çıxarmaq istəyən qüvvələr var. Onlar öz səhvlərini etiraf etmək istəmirlər. Fiyon Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkelin Moskva səfərini, onların Vladimir Putinlə danışıqlarını təqdir edib. Onun məntiqinə görə, bütün bunlar yaranmış vəziyyətdən çıxmaq üçün əlavə şanslar yarada bilər: “Ukrayna ərazisində yaşayan rusdilli əhali üçün muxtariyyət, özünüidarəetmə yaratmaq yaranmış vəziyyətdən çıxış üçün stimul yarada bilər. Bu baxımdan, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Avropanın özünü dalana dirəyə bilər və bu sanksiyalar çox gülünc görünür. Unutmaq lazım deyil ki, Rusiya Lüksemburq deyil. Bu, böyük ayını “iynənin ucu ilə” qorxutmağa bənzəyir”. Bu arada qeyd edək ki, Münhendə ABŞ dövlət katibi Con Kerri ilə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, Rusiya bundan sonra da milli maraqların müdafiəsində güzəştə getməyəcək. Görüş zamanı Rusiya-Amerika münasibətləri geniş müzakirə edilib. Rusiya Xarici İşlər Nazirliyinin « Facebook» səhifəsində bildirilir ki, Lavrov Rusiyaya qarşı təzyiq məqsədilə tətbiq edilən sanksiyaların faydasız olduğunu bir daha dövlət katibinin nəzərinə çatdırıb.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info