“ABŞ, Rusiya-Hindistan-Çin oxunun qarşısını almağa çalışır”
Tarix: 10.02.2015 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Hindistan yeni çoxqütblü dünyanın qurulmasında
vacib rol oynaya bilər”

İspaniyanın “Publico.es” media qurumu dünyada superdövlətlərin bir-birilərilə amansız mübarizəsinə aid maraqlı yazı yazıb. Yazıda deyilir ki, ABŞ prezidenti Baraq Obama Çinin 21-ci əsrin potensial superdövləti olmağa çalışmasından rahatlıq tapa bilmir: “İŞİD” təhlükəsi, İraqdakı, Suriyadakı, Sudandakı, Somalidəki, Liviyadakı, Fələstindəki və Yəməndəki situasiya, hətta İranın nüvə proqramı ABŞ üçün Pekinin Vaşinqtonu dünyada siyasi və iqtisadi baxımdan arxada qoya biləcəyindən az əhəmiyyət kəsb edir. Buna görə də “Obamanın doktrinası”nın birinci planına Çinin saxlanılması daxildir, Hindistan isə ABŞ-ın Asiyaya qayıtması üçün əsas planlardan biridir.

Təsadüfi deyil ki, ABŞ 2009-cu ildə ilk rəsmi naharı ABŞ-a iki dəfə səfər edən Hindistan baş nazirinin gəlişi şərəfinə verib. Belə bir fakt da diqqət çəkir ki, Obama Pakistana səfər etməyən ilk ABŞ prezidentidir. Halbuki 1947-ci ildən Karaçi Vaşinqtonun strateji partnyoru, Hindistanın qatı rəqibidir. İlk dəfə Obama 2010-cu ildə Hindistana səfər edib ki, Hindistanın Qərblə yaxınlaşmağa hazır olub-olmadığını görsün.
2014-cü ildə Hindistanda sağ millətçi Xalq Partiyasının qələbəsindən sonra Obama yeni baş nazir Narendra Modini qəbul etməyə tələsdi. Halbuki 2005-ci ildə Modiyə ABŞ-a viza verməkdən imtina etmişdilər. Modi Qucaratda qubernator olanda orada zorakılığın alovlanmasına, hindus radikallar tərəfindən mindən çox müsəlmanın öldürülməsinə görə ittiham edilmişdi.
2015-ci ilin 26 yanvarında isə Narendra Modi Obamanı çağırır ki, Respublika günü münasibətilə hərbi paradda iştirak etsin. Amerikan prezidentinin Mahatma Qandi və Martin Lüterin mənəvi bağlılığa malik olmasını göstərməyə çalışması, Hindistan küçələrində antiamerikan çağırışlarının fasiləsizliyi fonunda dissonans kimi görünür. Sadə vətəndaşlar “Birləşməmək hərəkatı”nın təsisçi-ölkəsi sayılan ABŞ-la Hindistanın yaxınlaşmasından qorxurlar”.
Daha sonra yazıda qeyd edilir ki, Obama və Narendra Modi görüşdə biznesdən, hərbi təchizat məsələlərindən danışıblar ki, Hindistan özünün daimi rəqibi olan Çinə qarşı bu sahədə dayana bilsin: “Burada Obamanın məqsədi odur ki, ABŞ Rusiya və Çinlə qarşıdurma şəraitində hər yolla Hindistanı özünə tərəf çəkə bilsin.
Bu məqsədə nail olmaq üçün Barak Obama bu addımları atır: Birincisi, “Dördtərəfli alyans”ın yaradılmasını nəzərdən keçirir - Kiçik Buş dövründən qalma bu layihəyə görə, alyans ABŞ, Yaponiya, Avstraliya və Hindistanı əhatə etməlidir və Rusiya-Hindistan-Çin oxunun qarşısını almalıdır.
İkincisi, ABŞ çalışır ki, Hindistanla ticarət dövriyyəsini beş dəfə artırsın. Bununla da Hindistanı özünün əsas ticarət tərəfdaşına çevirsin. Hazırda Hindistanla ticarət dövriyyəsi 100 milyard dollar təşkil edir. Eyni zamanda, Ağ Ev Hindistan iqtisadyyatına investisiyaları artırmağa hazırdır ki, bu ölkənin iqtisadiyyatı Çin mallarına rəqabətə davam gətirə bilsin.
Hindistanla hərbi sahədə əməkdaşlıqda Rusiyanın dominant olduğu bir şəraitdə, ABŞ bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirir. Modinin bu sahədə xarici investisiyaları məhdudlaşdırdığı bir vaxtda, ABŞ üçün ora pul yatırmaq və oranın xarici siyasətini nəzarətə götürmək üçün gözəl imkan yaranıb. Atom sahəsində əməkdaşlığı genişləndirir. Bunun üçün Obama artıq müəyyən addımlar atıb. ABŞ Hindistanla nüvə əməkdaşlığının inkişafına on milyardlarla dollar yatırmağa razıdır ki, Hindistan Rusiya ilə bu sahədə əməkdaşlıqdan imtina etsin. Halbuki Rusiya artıq Dehli ilə12 atom reaktorunun tikilməsi barədə anlaşıb.
ABŞ çalışır ki, Hindistan onun silahlarının ən böyük alıcısına çevrilməklə, bu sahədə də Rusiya-Hindistan strateji hərbi birliyə son qoyulsun. Çindən sonra Hindistan Rusiya silahının istehlakına görə ikinci yerdə gəlir. Dehli rus təyyarələrinin alınmaslna görə Asiyada birincidir. Hazırda isə ABŞ Rusiya üçün Asiyada silah bazarında ciddi rəqib olmağa hazırlıq nümayiş etdirir. Son üç ildə Hindistan hərbi texnika və silahlanmaya 14 milyard dollar xərcləyib ki, bunun 5 milyardı ABŞ silahlarının alınmasına xərclənib. Belə olduqda, Rusiya ikinci yerə düşüb - 14 milyarddan 4 milyardı Rusiya silahlarının alınmasına sərf edilib”.
Bundan başqa bildirilir ki, ABŞ Hindistana “yoxsullar üçün aptek” rolundan imtina etməyə görə təzyiq göstərir: “Hindistana kreditlər ayırır ki, onu borc çuxuruna salsın və sonra da öz maraqlarına uyğun yönləndirsin”.
O da qeyd edilir ki, belə bir situasiyada Pakistan və Çin də boş durmur,onların maraqlarına işləməyən ABŞ-Hindistan yaxınlaşmasına qarşı görüşlər keçirirlər. Eləcə də Rusiya bu baxımdan tədbirlər həyata keçirir.
Həmçinin bildirilir ki, Obamanın Hindistana səfərinin heç bir konkret nəticələri yoxdur. Qeyd edilir ki, Hindistan Çinə qarşı dayanmağa hələ hazır deyil: “Bununla belə, Hindistan yeni çoxqütblü dünyanın qurulmasında vacib rol oynaya bilər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info