“KamAz” avtomobilləri Gəncədə yığılacaq
Tarix: 10.02.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Rusiyanın avtomobil nəhəngi olan “KamAz”-ın baş direktoru Sergey Koqoqin, zavodun “Xarici Ticarət Şirkəti” QSC-nin baş direktorunun müavini Vasili Tsıqanov və şirkətin yığım layihələri üzrə direktoru Sergey Uşakov Gəncə avtomobil zavodunda olub, iki müəssisə arasında bağlanmış lisenziya müqaviləsinin şərtlərinə uyğun olaraq müəssisəyə baxış keçiriblər.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və birliyin direktoru Kamran Nəzərov qonaqlara traktor və yük avtomobillərinin yığım xətləri, qaynaq və mexaniki sexdə aparılan işlər barədə məlumat veriblər. Tərəflər gələcəkdə burada “KamAz” avtomobillərinin yığılması üçün nəzərdə tutulan işlərə dair müzakirələr aparıblar.
Qonaqların müəssisə ilə tanışlığından sonra ikitərəfli görüş keçirilib. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Prezidentin ixrac yönümlü iqtisadiyyatın inkişaf etdirilməsini vacib məsələ kimi qarşıya qoyduğunu və bunun Gəncə avtomobil zavodu üçün də prioritet olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 2004-cü ildən bu günədək müəssisədə həyata keçirilən bütün layihələr dövlət başçısının birbaşa diqqət və qayğısı sayəsində reallaşıb. Müşahidə Şurasının sədri daha sonra deyib ki, ağır tonnajlı avtomobil sənayesində nəhəng müəssisələrdən olan “KamAz”la əməkdaşlıq Gəncə avtomobil zavodunun inkişaf tarixində yeni mərhələ olacaq və yeni layihələrin həyata keçirilməsinə yol açacaq. “KamAz”-ın baş direktoru Sergey Koqonin Gəncə avtomobil zavodunda yaradılan istehsalat şəraitindən razı qaldığını bildirib və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıb. Sonra yeni müqavilə şərtləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info