Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanı 330 min əhali tərk edib
Tarix: 10.02.2015 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Erməni mətbuatı, o cümlədən erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. KİV-lər hazırki iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində Ermənistanı xoşbəxt gələcəyin gözləmədiyini anlayaraq ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını etiraf etməyə məcbur olublar.
Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini qeyd ediblər. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min ermənin ölkəni tərk etdiyini diqqətə çatdırılıb.
Əlbəttə, mətbuat orqanları yuxarıda göstərilən rəqəmləri dövlətin marağından çıxış edən təşkilatın rəsmi məlumatından əldə ediblər. Amma qeyri-rəsmi məlumata görə, onların sayı qat-qat çoxdur.
Gələcəyi olmayan Ermənistanı tərk edən əhalinin 22 mininin ölkə vətəndaşlığından imtina etdiyi mətbuatda əksini tapıb. KİV-lər iqtisadiyyatı uçuruma yuvarlanan Ermənistanda təcili islahatlar aparılmadığı təqdirdə 2015-ci ildə miqrasiyanın kütləvi şəkil alacağını və ölkəni tərk edənlərin sayının daha da artacağını təşviş hissi ilə bildiriblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info