Los-Ancelesdə keçirilən tədbirdə Azərbaycanın narkotiklərə qarşı mübarizəyə töhfələrindən bəhs edilib
Tarix: 10.02.2015 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los Ancelesdəki baş konsulluğu ABŞ-ın San Fransisko şəhərində “Narkotiklərə yox deyək!” devizi altında tədbir keçirib. Tədbirdə azərbaycanlı və xarici sənətkarların hazırladığı karikaturalardan, heykəltəraşlıq və rəngkarlıq əsərlərindən ibarət “Narkotiklərə yox deyək” adlı sərgi də nümayiş etdirilib. Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti bu məqsədlə ABŞ-a səfər edib.
Tədbirdə San Fransisko ictimaiyyətinin tanınmış nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş və fəxri konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları və şəhər sakinləri iştirak ediblər.
Bədii hissədə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqilərimiz səsləndirilib. Növbəti hissədə isə iştirakçılar “Narkotiklərə yox deyək!” sərgisi ilə tanış olublar.
Sərginin açılışında baş konsul Nəsimi Ağayev Azərbaycanın, xüsusilə Dövlət Gömrük Komitəsinin narkotiklərə qarşı istər ölkədə, istərsə də beynəlxalq miqyasda aparılan mübarizəyə verdiyi töhfələrdən, bu səpkidə aparılan təbliğat və maarifləndirmə işinin önəmindən bəhs edib.
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin fəaliyyətləri və əldə etdikləri uğurlar barədə məruzə ilə çıxış edib. O, narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu söyləyib, buna görə də bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Q.Əliyev, həmçinin bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Narkotiklərə yox deyək!” mövzusunda müxtəlif ölkələrdə keçirdiyi sərgilərdən bəhs edib.
San Fransisko Polis Departamentinin narkotiklərlə mübarizə idarəsinin rəisi Robert Moser, San Anselmo şəhərinin vitse-meri Daq Kelli və ABŞ-ın narkomaniyaya qarşı mübarizə üzrə tanınmış təşkilatı olan D.A.R.E.-nin (Drug Abuse Resistance Education) prezidenti Frank Pequerros çıxış edərək xüsusilə gənc nəslin maarifləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info