Xəzər rayonunun 7 mindən artıq sakini tibbi müayinədən keçirilib
Tarix: 10.02.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Bakının Xəzər rayonunda müvafiq komissiya yaradılıb. Komissiya tibbi profilaktik müayinələrin vaxtında aparılması üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır.
Xəzər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, müayinələr rayon ərazisindəki 14, 26, 29, 31 saylı birləşmiş şəhər xəstəxanalarında, 17 saylı poliklinikada və Zirə Müalicə Diaqnostika Mərkəzində aparılır və bu tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.
Dövlət başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri həvəslə profilaktik tibbi müayinələrdən keçirlər. Fevralın 2-dən bugünədək 7 mindən artıq rayon sakini müayinə olunub. Sağlamlıqlarında problem olan sakinlər müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon icra hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir.
Rayon üzrə 106 min 132 nəfərin müayinədən olunması nəzərdə tutulub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info