BAMF postsovet ölkələri üzrə miqrasiya məsələlərinin tədqiqinə rəhbərlik edəcək
Tarix: 10.02.2015 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) xüsusi çağırılmış iclasında keçmiş sovet ölkələrində miqrasiya məsələlərinin tədqiqatına rəhbərlik edəcək iki təşkilatdan biri seçilib.
BAMF-dan bildiriblər ki, budəfəki toplantının məqsədi siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, Avropa İttifaqı ölkələrinin üzləşdiyi hüquqi problemləri daha yaxşı anlamaq üçün “baxış” sənədinin işlənib hazırlanmasına nail olmaq idi. Toplantıda miqrasiya problemlərinin müxtəlif aspektləri, o cümlədən Avropada təhlükəsizlik üçün hüquqi təminata nail olmaq, Avropa İttifaqında, regionda təhlükəsizlik problemlərinə dair məsələlərin həllinə başlamaq üçün üç işçi qrupu yaradılıb.
BAMF, həmçinin Rusiyanın qeyri-hökumət təşkilatı olan “Memorial International” ilə birlikdə Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata, regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün seçilib. Təşkilat bu regional nəşrdə müdafiə hüquqları, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskunlaşmanın həlli yolları ilə bağlı Avropa İttifaqı xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcək.
BAMF artıq bir neçə ildir ki, ECRE-nin üzvüdür. Təşkilat əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərə dair ECRE-yə müntəzəm olaraq məlumat verir. Bu funksiyanı səmərəli şəkildə yerinə yetirmək üçün BAMF daim qaçqın və sığınacaq axtaranların problemləri ilə məşğul olan IOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif qurumlarla əlaqələr saxlayır.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info