AMEA-da azərbaycanlılara qarşı soyqırımlar muzeyi yaradılacaq
Tarix: 10.02.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə komissiyanın sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq işçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışıb. Akademiya rəhbəri bu sahədə nəzərdə tutulan planlardan və mövcud problemlərdən danışaraq qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir. Göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə edilib yayılmasının ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayan AMEA prezidenti soyqırımı tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin qarşısında duran vəzifələrdən danışaraq bu tədqiqatların böyük əhəmiyyətini qeyd edib.
Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA qarşısında da konkret vəzifələrin qoyulduğunu xatırladan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində keçiriləcək beynəlxalq konfransların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik İsa Həbibbəyli AMEA-da Azərbaycanlılara qarşı soyqırımlar muzeyinin yaradılması, “Azərbaycan tarixi – hər bir ölkəyə” kitab mübadiləsi layihəsinin həyata keçirilməsi, azərbaycanlılara qarşı soyqırımları əks etdirən tarixi xəritələrin və elektron variantlarının hazırlanması, işğal olunmuş ərazilərdəki Azərbaycan toponimlərinin ingilis, rus, fransız və ərəb dillərində düzgün orfoqrafik yazılış kataloqunun hazırlanması, azərbaycanlılara qarşı soyqırımlarına həsr edilmiş elmi konfransların keçirilməsi, bu mövzuda yazılmış kitabların təqdimatı və müzakirəsi, kütləvi informasiya vasitələrində azərbaycanlılara qarşı soyqırımlara həsr edilmiş məqalələr çap edilməsi, soyqırımlara dair rəsm sərgilərinin təşkili və s. məsələlərdən ətraflı danışıb. Hər bir məsələyə dair məsul şəxslərin təyin olunduğunu qeyd edən akademik İsa Həbibbəyli işçi qruplarında təmsil olunan alimlərin qarşısında qoyulan konkret vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdə akademik Nailə Vəlixanlı, akademik Qərib Məmmədov, müxbir üzvlər Yaqub Mahmudov, Muxtar İmanov, Ərtegin Salamzadə, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova və başqaları çıxış edərək fikir mübadiləsi aparıb, mülahizə və təkliflərini bildiriblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info