Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində açıq ürək əməliyyatları aparılıb
Tarix: 10.02.2015 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Mərkəzi Neftçilər Xəstəxanası ürək-damar xəstəlikləri şöbəsinin 9 nəfərlik heyəti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu il ikinci dəfə – fevralın 7-dən 10-dək Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olub, yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində 11 açıq ürək-aortakoronar şuntlama əməliyyatı aparıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tərkibinə kardiocərrahlardan Seymur Musayevin, Fərid Hüseynovun, Nurlana Mahmudovanın, Ramal Həsənovun, reanimatoloq-anestezioloq Aynurə Qasımovanın və əməliyyat tibb bacılarının daxil olduqları heyət xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırıb, ürək xəstəliyi aşkarlanan xəstələrə tibbi məsləhət və tövsiyələr verib.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar cərrahı İntiqam Fətullayev, reanimasiya, anestezioloji tibb bacıları da iştirak ediblər.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin uşaq ürək cərrahiyyəsi şöbəsinin invaziv kardioloqu Elnur İmanov da bu müddət ərzində Diaqnostika-Müalicə Mərkəzində fəaliyyət göstərib. O, 12 nəfərdə exokardioqrafiya, 7 nəfərdə isə koronar angioqrafiya müayinələri aparıb.
Qeyd edək ki, ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksək ixtisaslı həkim briqadalarının dəvət edilərək muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının burada təşkili artıq ənənə halını alıb.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksək ixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il göz, TUR, açıq ürək, neyrocərrahi, travmatoloji, uroloji, invaziv yolla ürək əməliyyatlarını uğurla həyata keçirirlər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info