Vətəndaşlar antikorrupsiyaya tədbirlərinə dəstək verir
Tarix: 10.02.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Konstitusiya” Araşdırmalar Fondu korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş müqavimətinin artırılması ilə bağlı tədbirlər həyata keçirib

“Konstitusiya” Araşdırmalar Fondu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““Korrupsiya qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirib. Layihə maarifləndirmə tədbirləri vasitəsilə korrupsiya hallarına qarşı vətəndaş müqavimətinin artırılması, regionlarda korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılığın səviyyəsinin yüksəldilməsi, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dəstək verilməsi məqsədilə həyata keçirilib. Layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən tarixdə Qax, Hacıqabul, Lənkəran rayonlarında “Korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılıq: mövcud və yeni imkanlar” mövzusunda dəyirmi masalar keçirilib. Dəyirmi masalarda müvafiq dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, məhkəmələrin, ictimai təşkilatların, yerli QHT-lərin, gənclər təşkilatları, yerli icma, KİV nümayəndələri iştirak edib. Tədbirlərdə Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib, bu tədbirlərin səmərəliliyinin artırılması üçün ictimai iştirakçılığın genişləndirilməsinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. İctimai müzakirələrdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Fondun eksperti Zaur İbrahimov “Korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılıq: mövcud və yeni imkanlar” mövzusunda məruzə ilə çıxış ediblər. Ekspertlər qeyd ediblər ki, Аzərbаycаnın inkişaf hədəfləri, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri, ölkənin beynəlxalq statusunun dəyişməsi, islahat proqramları sоn illər dövlət səviyyəsində kоrrupsiyаyа qаrşı sistеmli və аrdıcıl şəkildə mübаrizə аpаrılmаsını, korrupsiyaya qarşı mübarizənin hökumətin priоritеt vəzifələrindən biri kimi еlаn оlunmasını şərtləndirən həlledici amillərdəndir. “Gələcəyə baxış-2020: İnkişaf Konsepsiyası”-nda qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması kimi hədəflər xüsusi yer tutur. Korrupsiyaya qarşı effektiv mübarizə əsas bu hədəfə çatılmasında yerinə yetirilməli olan əsas vəzifələrdən biridir. Son illərdə isə bu istiqamətdə fundamental xarakterə malik addımalr atılıb. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qаnunvеricilik və institusiоnаl bаzа yаrаdılıb və müəyyən irəliləyişlər əldə olunub. 2006-cı ilin sonunda “Korrupsiyaya qarsı mübarizə üzrə Dövlət Proqramı”nın icra müddəti bitdiyindən yeni milli strategiya üzərində iş başlanmış və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. Korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsinin əsas aspektlərinin müəyyən edilməsi və qarşıya yeni vəzifələr qoyulması baxımından Prezidentin Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli iclasında, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı mühüm hadisə olub. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə keyfiyyətcə yeni mərhələsi başladı. Hazırda bu mərhələ daha çox elektron hökumət konsepsiyasının sürətlə gerçəkləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma və innovasiyaların tətbiqi, uğurla sınaqdan çıxarılmış müxtəlif xidmətlərin göstərilməsi zamanı “bir pəncərə” modelinin daha geniş miqyasda tətbiqi, informasiyaya çıxış, şəffaflığın artırılmasına yönəlik praktik addımların atılması ilə xarakterizə olunur. Dövlət başçısının 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”sı hazırda antikorrupsiya siyasətinin əsas çərçivəsi və prioritetlərini müəyyənləşdirir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə keyfiyyətcə yeni mərhələsinin start götürməsinin əyani təzahürü “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasının göstərmək olar. “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq edib. Belə ki, hesabata əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb. Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə o qənaətdədir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə dünya ölkələri üzrə müəyyən edilmiş 22% orta göstəricidən 3 dəfə artıqdır. Son illər korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nəticələrin yaxşılaşması, yuxarıda qeyd olunan yeni mərhələnin əsas fərqləndirici xüsusiyyəti kimi innovasiyalara əsaslanan addımların təsirinin vətəndaşların gündəlik həyatında daha qabarıq nəzərə çarpması tendensiyası bu tədqiqatın nəticələrində bir daha özünü göstərmişdir. Eyni zamanda gözlənildiyi kimi, vətəndaşların korrupsiya hallarına qarşı mübarizə ilə bağlı əzmkarlığı da artıb. Vətəndaş müraciətləri ilə bağlı sistemin səmərli idarəedilməsi, bu istiqamətdə islahatların sürətləndirilməsi, informasiya-kommunikasiya texnologiylarının tətbiqinin genişləndirilməsi və bu sahədə vahid standartların tətbiqi aktual vəzifələrdən biri kimi qarşıda durmaqdadır. Sorğunun nəticələri bu sahədə müəyyən müsbət dinamikanı nümayiş etdirir. Lakin bu istiqamətdə daha radikal yeniliklərə ehtiyac duyulur. İctimai müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” Qanunun verdiyi imkanlardan korrupsiyaya qarşı mübarizə sahəsində necə səmərli istifadə olunması ilə bağlı müzakirələr aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info