Gəncədə qan donorlarının forumu keçirilib
Tarix: 10.02.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Gəncədə qan donorlarının ilk regional forumu keçirilib. Forum Gəncədə qan donorluğunun inkişafına dəstək məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ), şəhər İcra Hakimiyyəti, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi qan bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və digər qurumların iştirakı ilə baş tutub. Regional tədbirdə bildirilib ki, donorluq şərəfli iş olmaqla yanaşı həm də donorun sağlamlığının təminatıdır və 400-500 milli litr qan götürmək insanın sağlamlığına mənfi təsir etmir, əksinə təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntülərinin azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır. Forumda həmçinin qeyd olunub ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında qəbul edilən könüllü qan donorluğunu dəstəkləyən bəyanatdan sonra hər ilin 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb və dünya miqyasında könüllü donorluq ənənəsi yayılmağa başlayıb. Tədbirdə iştirakçılara maarifləndirici bukletlər təqdim olunub, donorluğun mənəvi dəyərlərindən danışılıb, gənclərin, ümumilikdə ictimaiyyətin bu işdə fəallığı tövsiyə edilib.
Azərbaycanda qan donorluğu sahəsində ilk milli forum ötən ilin iyun ayında Bakıda baş tutub. Hazırda bu ənənə regionlarda da davam etdirilir. İlk regional foruma isə Gəncə ev sahibliyi edib.
Bu cür forumların Azərbaycanın bütün bölgələrində keçirilməsi nəzərdə tutulub. Regional forumun növbəti mərhələsi ölkənin cənub bölgəsində keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info