“Gec-tez Avropa İttifaqı Vaşinqtondan vassal asılılığının cəzasını cəkəcək”
Tarix: 10.02.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“Rusiya NATO üzvü olan ölkələrə enerji resursları satmaqdan imtina edə bilər. Moskvanın bu addımı alyansı dağıda bilər”

Amerikalı ekspert Pol Kreyq Roberts hesab edir ki, avropalı liderlər Vaşinqtonun xarici siyasət kursunun qarşısını kəsə bilməsələr Ukrayna böhranını həll edə bilməyəcəklər. Rusiya, Fransa və Almaniya liderlərinin üçtərəfli görüşünü şərh edən ekspert qeyd edib ki, Putinin bu vaxta qədər səbr edərək dözməsi indi öz müsbət nəticələrini verməyə başlayıb.
Almaniya kansleri Merkel və Fransa dövlət başçısı Olland Moskvada Putinlə görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı detalları hələ də gizli saxlanılan plan təqdim ediblər. Hər iki lider münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduqlarını açıq mesajla çatdırıblar. Onlar bu mövqeni açıq şəkildə ortaya qoymaqla Birləşmiş Ştatların Ukraynaya silah satmaq planına qarşı çıxdıqlarını göstəriblər. Ekspert Roberts yazır ki, Moskva görüşünün təşəbbüskarı Merkel və Olland olub.


“Fransa liderləri Vaşinqtonun təsirindən qurtulmadan, suverenlik hüququndan geri çəkilmədən və müstəqil xarici siyasət kursu həyata keçirmədən Ukrayna münaqişəsinin həllində müsbət rol oynaya bilməzlər”


Belə ki, Almaniya və Fransa liderləri ABŞ-ın bu məsələdə tutduğu sərt mövqedən narahat olaraq Putinlə görüşmək qərarına gəliblər: “Avropalı liderlər Vaşinqtonun Avropanı iradəsinin əleyhinə olaraq Ukrayna münaqişəsinə sürükləməsindən ciddi şəkildə narahat olmağa başlayıblar. Almaniya və Fransa liderləri Vaşinqtonun təsirindən qurtulmadan, suverenlik hüququndan geri çəkilmədən və müstəqil xarici siyasət kursu həyata keçirmədən Ukrayna münaqişəsinin həllində müsbət rol oynaya bilməzlər. Vaşinqton heç kimə hörmət etmir və ona görə də Ağ Evlə danışıqlar aparmaq vaxt itkisindən başqa bir şey deyil”. Ekspert qeyd edib ki, Rusiyanın qarşısında bir neçə variant var: “Rusiya özünü Qərbdən ayıra bilər. Yəni, Rusiyanın Amerika ödəmə sistemindən imtina etmək, Qərblə maliyyə münasibətlərini dayandırmaq imkanları var. Rusiya NATO üzvü olan ölkələrə enerji resursları satmaqdan imtina edə bilər. Moskvanın bu addımı alyansı dağıda bilər. Çünki ölkələr enerji təhlükəsizliyini NATO üzvü olmaqdan üstün tutacaqlar. Rusiya Qərbi tamamilə unudaraq Çin və digər Şərq ölkələri ilə inteqrasiyanı gücləndirə bilər. Gec-tez Rusiya həlledici qərarlar qəbul edəcək və həmin vaxt Avropa İttifaqı Vaşinqtondan vassal asılılığının cəzasını çəkəcək. Ancaq bundan sonra Avropa ABŞ-dan əl çəkmək qərarını verəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info