“Ukraynada 230 min dövlət qulluqçusu ixtisara salınacaq”
Tarix: 10.02.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondu Kiyev qarşısında mavi yanacağın
qiymətini 4-6 dəfə artırmaq və pensiya yaşını 65-ə çatdırmaq şərtini də qoyub


Ukrayna KİV-lərində yerli hökumət ilə Beynəlxalq Valyuta Fondu arasında imzalanmış memorandumun bəzi detalları acıqlanıb. BVF-nin dəstəyi ilə ərsəyə gələn sənədə görə, Kiyev büdcədən maliyyələşən minlərlə dövlət qulluqçusunu ixtisara salmalı, pensiya yaşını qaldırmalı və əhali üçün mavi yanacağın qiymətini artırmalıdır. Baş nazir Arseniy Yasenyuk hökumətlə Beynəlxalq Valyuta Fondu arasında imzalanmış memorandum barədə ölkə prezidenti Poroşenkonu parlamentdə keçirilən görüş zamanı məlumatlandırıb.
Bu barədə Ukraynanın “Obozrevatel” nəşri məlumat yayıb. Qeyd edilir ki, BVF ilə razılaşmaya əsasən, Ukrayna hökuməti dövlət sektorunda çalışan 230 min işçini ixtisara salmalıdır. Mavi yanacağın qiymətini 4-6 dəfə artırmaq və pensiya yaşının 65-ə catdırmaq nəzərdə tutulub. Tətbiq ediləcək bu şərtlər altında Ukrayna hökuməti Beynəlxalq Valyuta Fondundan alınacaq maliyyə yardımına böyük ümidlər bəsləyir. Bundan bir müddət əvvəl Ukrayna mətbuatı Ali Rada spikeri Vladimir Groismana istinadən ölkə büdcəsində aparılacaq bir sıra dəyişikliklər barədə məlumat vermişdi. “RİA Novosti” xəbər verir ki, Almaniya kansleri Angela Merkel ilə birgə keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama da Amerikanın Ukraynaya yardımla bağlı BVF ilə birgə işləməyi davam etdirəcəyi barədə məlumat verib: “Biz Ukraynaya maliyyə yardımı edilməsi istiqamətində Beynəlxalq Valyuta Fondu ilə işlərimizi davam etdirəcəyik. Bu yardımlar ölkədə islahatlar həyata keçirmək üçün vacibdir”. Xatırlatmaq yerinə düşərdi ki, hazırda Ukrayna iqtisadiyyatı defolt ərəfəsindədir. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün BVF Kiyev üçün iki illik kredit proqramı açmaq məcburiyyətində qalıb. Kredit proqramı 17,1 milyard dollar həcmində qiymətləndirilir. Bu maliyyə yardımının əsas donorları kimi ABŞ, Avropa İttifaqı və Yaponiya göstərilir. Bir daha qeyd edək ki, Ukrayna ötən il 4,6 milyard dollar yardım alıb. Ukraynanın bu qədər borcu necə qaytaracağı bəlli deyil.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info