Yəməndə üsyançılarla razılıq əldə olunub
Tarix: 10.02.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“Ənsar Allah” hərəkatının şiə üsyançıları - husilər və Yəmənin digər siyasi qüvvələri BMT-nin vasitəçiliyi ilə bərpa olunan danışıqlardan sonra ilkin razılığa gəliblər. “Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, əldə edilən razılığa əsasən milli keçid şurasının yaradıldığı elan olunduqdan sonra fəaliyyətini dayandırmış parlament işinə yenidən başlayacaq. Ötən cümə günü husilər hökumət başçısının iqamətgahında konfrans keçirərək parlamentin buraxılması barədə konstitusiya bəyannaməsi qəbul etmişdilər. Bu sənədə əsasən 551 nəfərdən ibarət milli keçid şurası dövlət işlərini idarə edən rəhbər şuranı formalaşdırmalıdır. Tərkibinə beş siyasi xadimin daxil olması nəzərdə tutulan rəhbər şura da öz növbəsində müvəqqəti olaraq dövlət işlərini idarə etməlidir. “Əl-Ərəbiyə” telekanalı tərəflərin rəhbər şurada təmsilçilərin sayının 7-yə qaldırılması barədə də razılığa gəldiklərini bildirir. Qeyd edək ki, şiə üsyançılar 2014-cü il avqustun ortalarından yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb edirdilər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunmuş və nəticədə prezident sarayı da daxil olmaqla, paytaxt Səna şəhəri üsyançıların əlinə keçmişdi.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
16.06.2019
İran prezidenti və Qətər əmiri görüşdülər
16.06.2019
Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib
16.06.2019
‘Pәncә’’ әmәliyyatı davam etdirilir
16.06.2019
Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info