Ölkəmiz haqqında keçirilən seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb
Tarix: 11.02.2015 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Yaponiyanın Fukuşima şəhərində “Koori Logitech Co.” şirkətinin təşkilatçılığı ilə “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminar keçirilib.
Adı 2011-ci ilin martında baş vermiş dəhşətli zəlzələ və “Fukusima-1” atom elektrik stansiyasında qəza ilə bağlı bütün dünyada məşhur olan bu prefekturada Azərbaycan haqqında ilk seminar yerli iş adamları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, martın 4-də yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri başlayır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Seminarda Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verilib, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə danışılıb. Bildirilib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən, Heydər Əliyev prospektinin yenidən qurulması işlərindən söz açıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.
Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, cari ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırda ciddi hazırlığın aparıldığı da seminar iştirakçılarının diqqətinə çatdırılıb. Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz yataqlarından, Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın münbit torpaqlarından danışan K.İşida ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğunu bildirib.
Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on iki ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır. Qarabağ müharibəsinin yaratdığı ciddi problemlərə baxmayaraq, Azərbaycanın qısa zaman kəsiyində nəinki özünü bərpa etdiyi, eyni zamanda, dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yönəldən qabaqcıl dövlətə çevrildiyi xüsusi qeyd edilib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info