“Birləşmiş Ştatların Azərbaycanla bağlı dəqiq strategiyası yoxdur”
Tarix: 11.02.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının səbəbi Cənubi Qafqazda daim dəyişən vəziyyət ola bilər”. Bunu “Trend”ə isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.
Son vaxtlar ABŞ siyasi dairələri və KİV-i Azərbaycanı tənqid edirlər ki, bu da məqsədyönlü xarakter alıb.
S.Kornell bildirib: "Birləşmiş Ştatların regionda yaranmış vəziyyətə qeyri-adekvat reaksiyası Azərbaycan və ABŞ-ın münasibətlərində gərginlik yaradır".
Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının daha bir səbəbi Birləşmiş Ştatların Azərbaycanla bağlı dəqiq strategiyasının olmamasıdır: "Bununla bağlı, məsələn, 10 il əvvəl problem yox idi".
Regiondakı vəziyyəti şərh edən ekspert bildirib ki, son 10 il ərzində Cənubi Qafqaz ölkələrinin suverenliyi və müstəqilliyi kəskin şəkildə güclənib.
Kornellin sözlərinə görə, Gürcüstandakı müharibədən sonra bir çoxları gördülər ki, Rusiyanın digər ölkələrin suverenliyinə müdaxilə cəhdlərinin qarşısını almaq çox çətindir: "Əgər vəziyyətə nəzər salsaq, görə bilərik ki, Rusiya Gürcüstana soxuldu və Ermənistana Avropaya inteqrasiyanın istənilən formasını qadağan etdi. Nəticədə sonuncu Aİİ-yə qoşuldu. Rusiya bu gün region ölkələrinin müstəqilliyini daha çox təhdid edir".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info