Ağcabədi sakinləri tezliklə keyfiyyətli zavod çörəyi ilə təmin olunacaqlar
Tarix: 11.02.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Ağcabədi şəhərində müasir tələblərə cavab verən yeni çörək zavodunun tikintisi başa çatmaq üzrədir.
“Cahidoğlu” MMC tərəfindən yaradılan zavodun inşasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunub. Tikintisinə 2013-cü ildə başlanan zavodun illik istehsal gücü 7,3 min ton olacaqdır. İki binadan ibarət zavodun ümumi sahəsi 1359 kvadratmetrdir. Burada 2 hazır məhsul anbarı, 2 un anbarı, 2 laboratoriya, anbardar otaqları, yeməkxana və sanitar qovşaqlar, texniki zona yaradılıb.
Birinci binanın istehsal sahəsi 316,4 kvadratmetr, ikinci binanın istehsal sahəsi isə 275 kvadratmetrdir. Zavodda Çexiya, Türkiyə və Rusiyadan gətirilmiş avadanlıqlar quraşdırılıb.
Müəssisənin həyətində subartezian quyusu qazılıb, 30 tonluq su çəni qoyulub, 100 kubmetrlik su hovuzu, müxtəlif yardımçı binalar tikilib. Zavodda istehsal olunan məhsulların Ağcabədi və ətraf rayonların istehlakçılarına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınıb.
Hazırda zavodun tikintisində tamamlama işləri aparılır. İşlərin aprelin 1-dək başa çatdırılması nəzərdə tutulur. Zavodda 30-dan artıq sakin işlə təmin ediləcəkdir.
Ağcabədidə müxtəlif çeşidlərdə çörək və şirniyyatlar istehsal ediləcək belə bir müəssisənin fəaliyyətə başlaması ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsulları ilə təmin edilməsinə şərait yaradacaqdır.



Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info