Paraqvay televiziyasında Azərbaycan iqtisadi modeli və onun uğurları müzakirə edilib
Tarix: 11.02.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Paraqvayın TV PUBLİCA ictimai televiziya kanalında Paraqvay ilə Birləşmiş Ştatlar arasında kommersiya münasibətləri və bu ilin mart ayında Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək iqtisadi forum barədə müzakirələr keçirilib.
Paraqvayın iqtisadi potensialı və infrastrukturu müzakirə edilərkən proqramın iştirakçılarından biri, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teyz öz həmkarlarına Azərbaycan barədə danışıb. O qeyd edib ki, Paraqvay administrasiyası bu Cənubi Amerika ölkəsinin inkişafına və infrastrukturun yeniləşdirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsində Azərbaycanın uğur modelindən istifadə edə bilər.
P.Teyz Azərbaycan haqda məlumat verərək qeyd edib ki, öz məhsullarının ixrac edilməsi üçün müasir logistika parkları və limanlar tikilməsi, nəqliyyat sisteminin və energetika sektorunu n inkişaf etdirilməsi üzrə layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan inkişaf etməkdə olan ölkələrin çoxunu geridə qoyub, dünyanın bir sıra ölkələri ilə kommunikasiya imkanlarını sadələşdirib. Bu tədbirlər, eləcə də Avrasiyada çəkilmiş beynəlxalq boru kəmərləri şəbəkəsinin inkişaf etdirilməsi Paraqvay kimi ölkələr üçün yaxşı modeldir.
P.Teyz vurğulayıb ki, Paraqvay beynəlxalq əlaqələrini genişləndirmək üçün Azərbaycandan nümunə götürməlidir. Ekspert qeyd edib ki, Asunsyon ilk növbədə dünyanın müxtəlif ölkələrində yeni diplomatik missiyalar açmalıdır. Məsələn, Azərbaycanın dünyanın müxtəlif ölkələrində 60-dan çox səfirliyi olduğu halda, Paraqvayın cəmi 38 səfirliyi var. Diplomatik missiyalar açılması dövlətin başqa ölkələrlə münasibətlərini sadələşdirməyə və möhkəmlətməyə imkan yaradır. İkincisi, P.Teyzin fikrincə, Paraqvay öz məhsullarını və mallarını xarici dövlətlərə ixrac etmək üçün yeni nəqliyyat yolları axtarışı ilə məşğul olmalıdır. Buraya, ilk növbədə, avianəqliyyat donanması yaradılması və onun düzgün fəaliyyəti konsepsiyası daxildir - Azərbaycanın “Silk Way Airlines” nəqliyyat-yük aviaşirkəti yaratması kimi. Bu halda Paraqvay, bir tərəfdən, Braziliya və Argentina vasitəsilə quru yolları ilə beynəlxalq bazarlara çıxışdan asılı olmaz, digər tərəfdən - daha müstəqil iqtisadi siyasət yürüdə bilər.
Xatırladaq ki, Piter Teyz 2014-cü ildə Azərbaycanda olub və həmin il oktyabrın 2-3-də Bakıda keçirilmiş 4-cü Beynəlxalq Humanitar Forumun iştirakçısı olub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info